Azərbaycan yazıçısının kitabı Türkiyədə nəşr olunub

3 Baxış

14992347764225855023_1000x669

Tanınmış yazıçı Nüşabə Əsəd Məmmədlinin roman və hekayələrdən ibarət “Cavad xan” adlı kitabı Ankarada nəşr olunub. “Son çağ” nəşriyyatının məhsulu olan yeni nəşri türk dilinə Aynur Kahraman tərcümə edib.

Senet.az xəbər verir ki, nəfis tərtibatla nəşr olunan kitaba müəllifin “Cavad xan” romanı, “Yaşıl otlar cücərir” və “Özgə ömrü” hekayələri daxildir.

Tarixi mövzuda qələmə alınmış “Cavad xan” romanında görkəmli sərkərdə, dövlət xadimi, Gəncə xanlığının sonuncu hökmdarı Cavad xan Ziyadoğlunun (1748-1804) Azərbaycanın istiqlaliyyəti uğrunda apardığı mübarizələrdən danışılır. Müasir mövzuda qələmə alınmış “Yaşıl otlar cücərir” və “Özgə ömrü” hekayələrində isə daha çox mənəvi-əxlaqi dəyərlər ön plana çəkilir.

Türkiyənin tanınmış ədəbiyyatşünası Ənvər Uzun kitaba yazdığı “Ön söz”də müəllifin tarixi mövzuya bələdliyini, dərin müşahidə qabiliyyətini vurğulayaraq, əsərlərin bədii özəlliklərini konkret faktlarla səciyyələndirir.

Qeyd edək ki, indiyədək Nüşabə Əsəd Məmmədlinin bədii nəsr və dram əsərlərindən ibarət kitabları Polşa, Gürcüstan, Böyük Britaniya, ABŞ və başqa ölkələrdə çap edilib.

KÖŞƏ YAZARLARI
TOP 10