Azərbaycanda bir ilk – Neon ev muzeyi açıldı

115 Baxış

feridNeon sənətinin nümayəndəsi, nəqqaş-rəssam Fərid Ələkbərov “Farhause” neon ev muzeyi açıb.

 

 

 

 

 

 

 

Novxanı qəsəbəsində yerləşən unikal neon ev muzeyi “Farhause” iki mərtəbədən ibarətdir. Ev sahibi və bütün bunların yaradıcısı da orada yaşayır. Əlavə olaraq su səviyyəsindən bir qədər aşağıda yerləşən industrial stildə olan bir ərazi də var ki, ora kiçik sərgi zalı funksiyasını yerinə yetirir.

14501863141600564951_1000x669

 

 

Burada Fərid Ələkbərovun öz işlərindən başqa onun dostlarının və həmkarlarının işləri nümayiş olunur. Elə bu da “Farhouse”un spesifik xüsusiyyətlərindəndir – o, özlüyündə bir növ art-xoldinqi birləşdirir. Təsviri sənətin müxtəlif növləri – heykəltaraşlıqdan tutmuş metal üzərində nəqqaşlığa, rəssamlıqdan vitrajlara qədər, bir sıra müəlliflərin işləri həmin neon naxışlarla birləşib.

14501863142466551229_1000x669

 

 

Fərid Ələkbərovun istifadə elədiyi neon boyalar adi gün və ya elektrik işığında zəif görünür, ya da ümumiyyətlə görünmür. Amma qaranlıq yaradıb, xüsusi ultra-bənövşəyi işıq yandırmaq kifayətdir ki, insan paralel – mistik və hədsiz gözəl reallığa qərq olsun.

14501863142776145268_1000x669

 

 

Qeyd edək ki, Neon sənəti neon boyasının ultrabənövşəyi işıq altında əks olunma effektinə əsaslanan boya sənətidir. Işıq illuziyası və 3D effektinin köməyi ilə neon boyası ilə çəkilən şəkillər canlandırılır.

14501863143911549925_1000x669

 

 

 

14501863144311863062_1000x669

 

 

 

 

 

 

 

Bölmə : Sənət
KÖŞƏ YAZARLARI
TOP 10