Azərbaycanın əməkdar artisti, Dövlət Akademik Opera və Balet Teatrının solisti, Azərbaycan Milli Konservatoriyanın müəllimi Təyyar Bayramov 2016-cı ilin 27-30 mart tarixlərində Rusiya Federasiyasının Başqırdıstan Respublikasında keçirilən “Зов Урала” adlı Xalq musiqi orkestr və ansambllarının beynəlxalq müsabiqəsində 1-ci yerə layiq görülüb.
Mədəniyyət və Turizm Nazirliyindən Senet.az-a verilən məlumata görə, müsabiqədə Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan, Tacikistan, Tatarıstan, Belarusiya, Rusiya Federasiyasının vilayətləri və digər ölkələr iştirak etmişlər. Müsabiqə ümumilikdə 500 nəfər tərkibdən ibarət olmuşdur.
Azərbaycan Nümayəndə heyətinin tərkibində əməkdar artist Təyyar Bayramovla yanaşı, tarda Rəşad İbrahimov, kamanda isə Təbriz Yusifov təmsil olunmuşdur.