Azərbaycanın dahiləri “Düha” sərgisində nümayiş olunacaq

23 Baxış

sergi

İyun ayının 30-u, Art Villa qalereyasında Rəsul Həsənovun foto-illüstrasiya üslubunda “Düha” adlı portretlər sərgisi keçiriləcək.

Sərginin “Düha” adlandırılması tariximizdə mühüm rol oynamış dahi şəxslərin portretlərinin yer alması ilə bağlıdır. Sərgidə portretlərlə yanaşı obrazlar da nümayiş etdiriləcək. Portretlər və obrazlar arasında Hüseyn Cavid, Mikayıl Müşfiq, Fətəli Xan Xoyski, Vaqif Mustafazadə, Üzeyir Hacıbəyov, Abbasqulu ağa Bakıxanov, Xurşidbanu Natavan, Lev Tolstoy, Frank Sinatra və s. kimi dünya tarixində böyük rol oynamış şəxslər yer alacaq.
Qrafik dizayner və illüstrator Rəsul Həsənov 1991-ci ildə Bakı şəhərində anadan olub.  2013-cü ildə Azərbaycan Dövlət İqtisad Universitetinin “Texnologiya və Dizayn” fakultəsini bitirmişdir. 2004-cü ildən dizayn sahəsində çalışmağa başlayıb. Portretlər silsiləsinin yaranma tarixi isə üç il əvvələ söykənir. Fotorealistik üslubda hazırlanan portretlər həmin şəxsləri yenidən canlandırmağa, tədricən unudulmuş keçmişi yenidən oyatmağa yönəlib.

Bölmə : Sənət xəbər
KÖŞƏ YAZARLARI
TOP 10