“Azərbaycanın elm məbədi” filminin çəkilişləri yekunlaşıb

47 Baxış

spetAzərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin qərarı ilə ali akademik qurumun 70 illik inkişaf yoluna həsr edilmiş “Azərbaycanın elm məbədi” adlı sənədli film hazırlanır.

AMEA-dan Senet.az-a verilən bununla əlaqədar ssenari mətni yazılıb müzakirə olunduqdan sonra Foto-Kino Sənədləri Arxivində, Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının, akademiyanın Əlyazmalar İnstitutunun, televiziya şirkətlərinin arxivlərində axtarışlar aparılıb, nadir lentlər və fotolar əldə olunub. AMEA-nın ölkəmizin paytaxtında fəaliyyət göstərən elmi-tədqiqat institutlarında və regionlarda yerləşən Naxçıvan Bölməsində, Şəki Elmi Mərkəzində, Şamaxı Astrofizika Rəsədxanasında müvafiq çəkilişlər aparılıb. Yaradıcı heyət Rusiya Elmlər Akademiyasının vitse-prezidenti, Sankt-Peterburq Bölməsinin rəhbəri, Nobel mükafatı laureatı Jores Alfyorovdan, Ukrayna Milli Elmlər Akademiyasının prezidenti, akademik Boris Patondan, digər görkəmli elm xadimlərindən və gənc alimlərdən müsahibələr alıb.

“Salnamə” studiyasında çəkilmiş filmin elmi məsləhətçisi AMEA-nın prezidenti, akademik Akif Əlizadə, ssenari müəllifi və yaradıcı heyətin rəhbəri AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli, quruluşçu rejissoru əməkdar incəsənət xadimi Ayaz Salayevdir. Həmçinin işçi qrupuna AMEA-nın bir neçə əməkdaşı və “Salnamə” studiyasının işçiləri daxildir. Filmin musiqi tərtibatçısı isə gənc bəstəkar Azər Əsgərovdur.

“Azərbaycanın elm məbədi” adlı filmdə Milli Elmlər Akademiyasının ayrı-ayrı tarixi inkişaf mərhələlərində akademiyaya dövlət qayğısından, görkəmli simalarının xidmətlərindən, Azərbaycan cəmiyyətindəki yeri və mövqeyindən geniş bəhs olunur.

Artıq filmi üzərində yaradıcılıq və montaj işləri başa çatdırılıb.

 

Bölmə : Sənət xəbər
KÖŞƏ YAZARLARI
TOP 10