Azərbaycanın ilk mobil nəşriyyatı istifadəyə verildi

129 Baxış

unnamedAzərbaycanın ilk mobil nəşriyyatının qurulması məqsədilə Kitab-app layihəsi təqdim olunub. İlkin mərhələdə Kitab-app mobil tətbiqi Android əməliyyat sisteminə malik mobil telefonlar üçün aktiv olacaq.

Bu barədə Senet.az-a açıqlamasında layihənin müəllifi Sadıq Məmmədli məlumat verib. O, Kitab-app-ın oxucuların işini asanlaşdıracağını qeyd edib: “Sözügedən əməliyyat sistemlərində, məsələn, ingilis və rus dillərində istənilən kitabı (hətta bir neçə variantda) tapmaq, endirmək (almaq), oxumaq mümkün olduğu halda, bizim ana dilimizdə belə bir imkan yoxdur, çünki bu cür tətbiqlər yox səviyyəsindədir. Bizim planımız həyata keçərsə, Azərbaycanda ilk mobil nəşriyyat qurulacaq, ilkin baza olaraq 20 kitab tam pulsuz olaraq sistemlərə yüklənəcək. Bu cür kitabların üstünlüyü bundadır ki, nə kağız kitab, nə də e-book’dan oxumağa zamanı və imkanı olmayan insanlar gələcəkdə istədikləri kitabı öz IOS və Android sistemli cihazlarına (telefon və tabletlər) pulsuz və ya çox kiçik bir məbləğ ödəyərək  endirib oxuya biləcəklər. Bu cür mütaliə həm də çox mobildir, çünki telefonda və ya tabletdə olan kitabı istənilən yerdə açıb oxumaq olar. Üstəlik, istifadəçilərimiz özləriylə təkcə kitab oxumaq üçün əlavə bir əşya – kitab və ya e-book daşımalı olmayacaqlar.

Nəticə olaraq, biz perspektivli və unikal bir müəssisənin – mobil nəşriyyatın əsasını qoymuş olacağıq ki, bu da öz növbəsində kitaba marağı artırmaqla bu sahədə iqtisadi canlanma yaratmaqla bərabər, kitabı insanlarımız üçün daha da yaxınlaşdıracaq. Bz iddia edirik ki, bu layihə kağız kitab bazarının müştərilərini almaqdan daha çox, insanların ümumiyyətlə kitaba marağını stimullaşdırmağa və oxumayanları da oxumağa cəlb etməyə hesablanmışdır və bizim alıcılar ənənəvi nəşriyyatların müştəri itirməsi hesabına formalaşmayacaqdır. Layihənin davamı nəticəsində kitab alıcılarının ümumi sayının iki dəfəyə qədər artmasını gözləyirik ki, bu da mədəni səviyyənin yüksəldilməsi kimi ali bir sosial səmərə deməkdir

Nümunə üçün layihə ilə bağlı keçidlər:

play.google.com/store/apps/details?id=com.elix.menim_heyatim

play.google.com/store/apps/details?id=com.elix.kon_tiki_seyaheti

play.google.com/store/apps/details?id=com.elix.latis_nagillari

 

 

 

Bölmə : Sənət xəbər
KÖŞƏ YAZARLARI
TOP 10