Azərbaycanın “Köhnə saatı” beynəlxalq festivalda nümayiş olunub

14 Baxış

kiev

Ukrayna paytaxtındakı “Kiyev” kinoteatrında “New Vision” V beynəlxalq qısametrajlı filmlər festivalı keçirilib. Festivalda ölkəmizi “Azanfilm” kinostudiyasında istehsal olunmuş “Köhnə saat” animasiya filmi təmsil edib. Filmin rejissoru və ssenari müəllifi Cavid Əhədov, prodüseri Fariz Əhmədovdur.
9 dəqiqəlik ekran əsəri Ukrayna dilində subtitrlərlə orijinalın dilində nümayiş etdirilib və tamaşaçılarda böyük maraq doğurub.
Filmə baxışda Azərbaycan səfirliyinin əməkdaşları, diaspor və gənclər təşkilatlarımızın nümayəndələri də iştirak ediblər. Yeri gəlmişkən, diplomatik nümayəndəliyimiz festivalın tərəfdaşlarından və sponsorlarından biri kimi çıxış edib.
Festival çərçivəsində kinematoqrafçılar və tamaşaçılar bütün dünyanın ən yaxşı qısametrajlı filmləri, yeni müəlliflər, yeni dünya və yeni baxışlarla tanış olmaq üçün yaxşı imkan əldə ediblər.

Bölmə : Sənət xəbər
KÖŞƏ YAZARLARI
TOP 10