Azərbaycanin silah nümunələri dünya muzeylərində

98 Baxış

qenireQənirə Pirquliyeva 

Azərbaycan dövlətinin yaranmasında, tanınmasında  hələ tunc və dəmir dövründən yaranıb inkişaf etməyə başlayan metalişləmə və silahsazlıq ayrı bir önəmli sahə kimi  formalaşmışdır. “İnqilabçı” metal olan və bəşəriyyətin tarixndə çox böyük dəyişikliərin yaranmasına səbəb olan dəmir,  ümumiyyətlə  bütün insanlığın yaşam tərzini dəyişmişdi. Dünya mədəniyyət tarixində  həmişə seçilən azərbaycan türklərinin tarxi məskəni olan Qafqazdan  həmişə yüzlərlə silah nümunələri hər il həm arxeoloji qazıntıladan, həm də təsadüfi tapıntılar nəticsində aşkar edilməkdədir. Hələ XIX-XX əsrlərdə əcnəbilərin kütləvi şəkildə  ərazimizdə apardıqları qeyri elmi  qazıntı işlərindən aşkarlanan silah nümunələri  bu gün dünyanın ən zəngin muzeylərinin fondlarını və ekspozisiyaarının vacib və dəyrli eksponatları sırasındadırlar. Tarixin bütün zamanlarında oduğu kimi  yenə də mədəniyyət nümunələrimizlə dünya turizm mərkəzlərinə çevrilən bu muzeylərin zallarında bizim  xalqımızın və dövlətimizin adı yoxdur. Aparılan bütün səylər hələ də lazımi bəhrəni vermir çox təəssüf. Bəlkə də bu barədə yazılanlara qoşulmağı özümə borc bilməzdim, amma son aylarda  İstanbulun məşhur Əsgəri muzeyində  gördüyüm muzeylərdəki eyni hadisəni görməsəydim.

Şərq ölkələrinin keçən minillikdəki tarixi müharibələrini və bununla bağlı məşhur döyüşlərini bilən insanlar üçün maraqlı olmasa da bir az  Osmanı- Azərbaycan  dövlətərindən Ağqoyunlu,Səfəvi,Şirvanşah münasibətlərinə yer vermək istərdim. Kökü, dili, dini , qanı, tarixi və mədəniyyti eyni olan bu sülalələr hər dəfə müəyyən təsirlər altında, yaxud ticarət yollarına nəzarəti ələ keçirmək üçün, xilafətin mərkəzini öz paytaxtlarına köçürmək üçün və digər siyasi, dini, iqtisadi məsələlərə görə bir- biri ilə gah nigah diplomatiyasına uyğun olaraq hərkət etmişlər, gah da qatı düşmən olaraq döyüşmüşlər. Sonuncu dəfə Osmanlı –Səfəvi türk dövlətləri arasında olan uzunmüddətli müharibələr nəticəsində  qalib gələn osmanlı türkləri Azərbaycan torpaqlarında ələ keçirdikəri digər dəyərli maddi-mədəniyyt nümunələri ilə yanaşı qələbənin rəmzi olan silahları, hərbi geyim nümunələrinin ən dəyərlilərini də öz ölkələrinə aparmışlar. Bu orta əsrlərdə adi , yazılmamış qanun idi.Bu gün  yeni minilliyin birinci yüziliyində dünyada baş verən hadislər fonunda burada görünməmiş bir hadisə yoxdur əslində. Bəlkə də zaman-zaman azərbaycan türklərinin qələbələri zamanı onların zirehli paltar nümunələri də bizimkilər tərəfində götürülmüşdür. Kim bilir? Amma bu günə bizim silah və  klassik metaldan hazırlanan  döyüşçü geyiminin  bir çox hissələri adını çkdiyimiz Türkiyənin mərkəzi hərb muzeyi oan Əsgəri muzeydə saxlanılır.  Orada olarkən məmnuniyyətlə və açıq deyim acılarla həmin baş geyimlərinə, dizliklərə, qılınclara , toppuzlara və digər adlarını dəqiq bilmədiyim  metaldan mükəmməl, tökmə və bir-birinə geydirilmə üsulu iə hazırlanmış  əşyalara baxdım. Ağlıma gələn ilk fikir əcdadlarımızn  boyunun hündür, çiyinlərinin enli və güclü, dizlərinin möhkəm olması oldu. Əks halda nəinki  o geyimləri insan üzərində daşıya bilməz, hətta at üstündə opturub döyüşə bilməz. Belə çıxır ki, bu insanlar bir ömür boyu döyüşçü olmağa hazırlaşmışlar. Başqa cür bunu anlamaq mümkün deyildir. Atlar nə qədər güclü omaıydı ki, bu çəkidə olan insanları bütün geyimlərlə birgə daşıyıb hərəkət edə bilsinlər. Siahlar içərisində Şirvanşahlara aid olan dəbilqə-baş geyimləri mənim diqqətimi xüsusilə cəlb etdi. Şirvanşah Fərruxzada aid olan  bir dəbilqnin sol tərəfindən yuxarı hissədən bir neçə yerdən paralanması məni dəhşətə gətirdi. Demək ağır döyüşlərdə bu hökmdarlar başlarından aldıqları zərbə nəticəsində həlak olmuşlar. Ekspozisiyada bu dəlik-deşik yerləri açıq aydın görünür. İkinci məqam Şirvanın  silahsazlıq sənətinin nümunəsi kimi bu dəbilqənin ümumiyyətlə ayrı bir sənət əsəri olması barədədir. Bütün muzeyin ekspozisiyasında 20-yə qədər dövlətə aid silah və zirehli geyim nümunələri arasında bu dəbilqənin tayı yoxdur. İnsan  həmin Şirvan şahını təsəvvürünə gətirəndə və onun başında at üstündə bu cür bir dəbilqə görəndə  artıq qorxuya düşə bilər. Baş geyiminin fərqliliyi bütün aspektlərdən özünü büruzə verir. Birincisi, bütün dəbilqə dalğavari şəkildə tökmə üsulla qəlibdə  hazırlanmışıdr. İkincisi, bütün səth hisssəsi,  yəni görünən tərəf epiqrafik yazılara zəngindir.Yazılar yüksək ehtimalla qızılı rənglə qara metalın üzərinə yazılmşdır. Əks halda indiyə qədər azacıq da olsa pozulma faktoru nəzərə çarpardı. Müqəddəs kəlimə və digər yazılar şüşənin əks tərəfindən tam olaraq oxunmadığından, yalnız dini yazıları dəqiqləşdirə bildik. Yazılar  ərəb əlifbasının süls və kufə elementləri ilə həkk edilmişdir. Hökmdara məxsus olan bütün geyim nümunələrində belə yazılar vardır. Şirvnşahlara aid olan hərb geyimi nümunələrinin  osmanlılar tərəfindən ələ keçirilmə səbəbini səfəvilər üzrində qələbə çalınan zamanı əldə edildiyini ehtimal edirik. İkinci bir ehtimal osmanlıların  Bakını tutması və Şiirvanşahlar sarayında hətta qapı açması zamanı ola biərdi. Tarixi sənədlər olmadığından və bizim hələ muzeyin fondlarına daxil olub işəmədiyimizdın bunlar yalnız ehtimal xarakteri daşıyan arqumentlərdir. Sözsüz ki, fondda bütün eksponatar haqqında elmi pasport olamlıdır. Bütün dəqiq məlumatlar da oradan alına bilər. Bizi təəcübləndirən eksponatın alt yazıarında yalnız hökmdarın adının  və hakimiyyət illərinin yazılması  məsələsi oldu. Orada bizimlə eyni vaxtda muzeyə gələn bəzi tamaşaçılardan Şirvanşahların kim olduğunu soruşanda bilmədiklərini söylədilər. Halbuki digər zallarda avropalıların hərbi geyim nümunəlrinin alt yazılarında dövlətlərin və  hökmdarların  adları və hətta bəzilrində xəritələri belə var idi.Zamanında məğlub olsaq belə istərdik ki, Azərbaycan Şirvanşahlar dövləti söz birləşməsini orada oxuyaq. Heç olmasa bu sənət əsərlərinin bizim xalqın yetişdirdiyi ustalar təəfindən öz torpağımızda hazırlandığını görsünlər. Bu  böyük bir istək deyil  ki?  Ağqoyunli Uzun Həsən və onun oğlu Sultan Yaquba aid olan  döyüş geyim nümunlərinin altyazılarında da eynilə bu dövlətin harada yerləməsi barədə və Azərbaycan dövləti olması haqqında heç bir söz yoxdur.

Səfəvilərə aid oan çoxsaylı silah nümunələrinin və döyüş geyimlərinə baxdıda artıq sözün qüdrəti belə çatmadı. Orada  XVI-XVII əsrlərdə olmayan İran dövlətinin adı yazılmışdı. Heç Şah İsmayıın adı belə yox idi. Halbuki silahlar-qılınclar , əmudlar üzərindəki yazılarda bunu oxumaq mümkün idi. Səfəvi Azərbaycan dövətinin zamanında döyüş geyimləri, silah nümunələri ayrı bir dəqiqiyə, sərrastlığa və gözəlliyə malikdirlər. Bütün zallarda onlar seçilirlər. Üzərində incə işləmələr, yazıların nəbati və həndəsi fiqurlarla təması, zənginlik gözdən yayınmır.Say etibariə səfəvilrə aid etdiyim slahlar çoxluq təşkil edir. Amma ən gözəgəlimlilərin alt yazılarında İran və əsr, nisbətn kiçik ölçülü əşyaarın altyazılarında isə islam və əsr göstərilir.  Mən dözməyib orada çalışan muzey baxıcısndan “islam” yazısının hansı öıkəyə aid olduğunu soruşdum. Cavab ala bilmədim. Əslində şərq zallarında sərgilənən bütün silahar islam döyüş  və hərb mədəniyytinə aid olan maddi-mədəniyyət nümunələridir. Amma nəyə görə səfəviərə aid olanların altyazısı belədir. Yoxsa o zamanlar islamın mərkəzi elə Səfəvi imperiyası olub?

XVIII- XIX əsrlrə aid olan Azrbaycan Əfşar dövlətinə aid olan Nadir şahın qılıncı , təbərzini də eynilə Onun adının göstərləməsiylə işarələnibdir. Nə dövlətin tarixi , nə ərazisi,  heç nə yoxdur. Azərbycan ustalarının hazırladıqları bir çox silah nümunəlrinin alt yazısı sadəcə Qafqaz adı ilə göstərilib. Vəssəlam. Bu qədər məlumat ala bilər turist buradan. Amma silahlar üzərində olan epiqrafik yazılar, bəzi metalişəməyə aid olan incəliklər  sübut edir ki, bunların əksəriyyəti bizlərin əcdadları tərəfindən hazırlanmışıdr.

Hər halda sağ olsunlar ki, əsrlərlə saxlayırlar, nümayiş etdirrilər və bizlər də bir daha kitablardan oxuduqlarımız döyüş səhnələrini gözümüz önündə canlandırırıq. Bu silahlar  bizlərə çox lazımdır. Bütün dünya xalqları öz dövlətlərinin tarixlərini hissələrə bölmədən yazır, filmlər çəkirər.Bizim isə nə 1000 tarixi olan Şirvanşahlar,  nə də  bütün türk islam dünyasını səcdəyə gətirən 250 ilə yaxın tarixi olan Səfəvi dövləti haqqında  filmləriiz yoxdur. Nə vaxtsa bu xalq öz tarixini dünyaya göstərmək istəyəndə o geyim nümunələri bizə çox gərəkli olacaq.

Bu gün mən o insanlara- ustalara, hökmdarlara , döyüşçülərə Allahdan rəhmət diləyirəm.

 

 

 

Bölmə : Manşet, Tarix
KÖŞƏ YAZARLARI
TOP 10