Azərbaycanlı aktrisadan maraqlı addım

72 Baxış

hecer agayevaOktyabrın 11-də Rus Dram Teatrında İlyas Əfəndiyevin “Büllur Sarayda”  pyesi əsasında hazırlanan tamaşa nümayiş olunacaq. Tamaşada baş rolu Həcər Ağayeva ifa edəcək. O, bir neçə aylıq fasilədən sonra səhnəyə qayıdıb. Həcər Ağayaeva bildirib ki, tamaşada oynamaq üçün 40 günlük körpəsini yaxınlarına əmanət edib.  

Azərbaycanın Xalq Artisti, teatrın baş rejissoru Aleksandr Şarovskinin quruluş verdiyi tamaşa Mədəniyyət və Turizm Nazirliyinin dövlət sifarişi ilə həyata keçirilib.

Qeyd edək ki, tamaşanın premyerası 2014-cü ilin mayında baş tutub. Tamaşa Azərbaycanın Xalq Yazıçısı, Dövlət mükafatı laureatı, tanınmış dramaturq İlyas Əfəndiyevin anadan olmasının 100 illiyinə həsr olunub.

 

 

Bölmə : Sənət xəbər
KÖŞƏ YAZARLARI
TOP 10