Azərbaycanlı alim “Lev Tolstoy” mükafatına layiq görüldü

15 Baxış

48364083_508602529632461_843569793553399808_n

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Nəsimi adına Dilçilik İnstitutunun türk dilləri şöbəsinin müdiri, “Türkologiya” jurnalının məsul katibi, filologiya üzrə fəlsəfə doktoru Elçin İbrahimov Tatarıstan Respublikası Kazan Federal Universiteti Filologiya fakültəsinin dekanı, “Tatarıca” jurnalının baş redaktoru professor Radif Zamaletdinovla görüşüb.

Senet.az xəbər verir ki, görüş zamanı Tatarıstan türkoloji mühiti ilə  “Türkologiya” jurnalı arasında əməkdaşlıq haqqında müzakirələr aparılıb. E.İbrahimov Türkologiya sahəsindəki fəaliyyətlərinə görə Kazan Federal Universitetinin ali mükafatı olan “Lev Tolstoy” medalı ilə təltif edilib.

Daha sonra Tatar dili vəƏdəbiyyatı kafedrasının magistrlərinə “Türk dillərinin müasir vəziyyəti” mövzusunda mühazirə oxuyan E.İbrahimov çağdaş türkoloji araşdırmalar, türk dillərində ortaq ünsiyyət dili, ortaq türk əlifbası, türk dövlətlərində dil siyasəti və s. aktual məsələlərə toxunub.

Sonda E.İbrahimov tələbələri maraqlandıran sualları cavablandırıb.

Bölmə : Sənət xəbər
ELEKTRON KİTABXANA
ustadejurnalyukle
USTAD / E-versiya
ustadejurnalyukle
KÖŞƏ YAZARLARI
TOP 10