23 mart 2017-ci ildə Almaniyanın Leypsik şəhərində 43 ölkədən 2 min 500-ə yaxın nəşriyyat evinin işitrakı ilə beynəlxalq kitab sərgisi öz işinə başlayıb.
1946-cı ildən bu günə hər il Almaniyanln Leypsiq şəhərində keçirilən kitab sərgisində bu il Azərbaycanlı alimlərin də əsərləri geniş şəkildə sərgi iştirakçılarına təqdim olunub.
Senet.az-ın sərginin internet adresinə istinadən məlumatına görə, “Winterwork” nəşrləri arasında Azərbaycanlı alimlər: Vaqif Sultanlı, Şəmil Sadiq, Eyvaz Zeynalov, Əjdər Ol və Əjdər Quliyevin əsərləri də yer alıb.
Sərgiyə 235 min iştirakçının gələcəyi proqnazlaşdırılıb. Bundan başqa sərgidə 2 min 700 jurnalistin də iştirak edəcəyi gözlənilir.
Sərgi 26 mart tarixinə qədər davam edəcəkdir.
Sərgi ilə bağlı daha ətraflı:
www.leipziger-buchmesse.de