Azərbaycanlı dilçi alim Türkiyədə bir ilkə imza atdı

15 Baxış

dilce

Həmyerlimiz İlkin Qulusoy Türkiyədə dərs vəsaiti yazıb. 

Türkiyənin Qars şəhərindəki Qafqaz Universitetinin Azərbaycan dili və Ədəbiyyatı bölümünün dosenti İlkin Qulusoy  “Azerbaycan Türkçesi Grameri – I (Ses Bilgisi ve Söz  Varlığı)” adlı dərs vəsaiti yazıb. Kitabın I hissəsində Azərbaycan dilinin fonetik quruluşu və leksikası haqqında məlumat verilib, qrammatik qayda və qanunlar türk tələbələrin də anlaya biləcəyi dildə izah edilib. Kitabın II hissəsində isə tədris zamanı istifadə etmək üçün Azərbaycan ədəbiyyatından müxtəlif janrlarda olan mətnlər verilib.

 

Azərbaycan dilinin morfoloji və sintaktik quruluşundan bəhs edən ikinci bir kitab da hazırlıq mərhələsindədir, gələn il Türkiyə universitetlərinin Çağdaş Türk Ləhcələri və Ədəbiyyatları bölümünün müəllim və tələbələrinin ixtiyarına veriləcək.

 

Xatırladaq ki, Türkiyədə Azərbaycan Türkcəsinə dair ilk kitab 1971-ci ildə Muharrem Ergin tərəfindən qələmə alınıb və bu kitabda sadəcə mətnlər üzərində izahatlar əsasında Azərbaycan Türkcəsinin bəzi qrammatik xüsusiyyətlərindən bəhs olunub. Bu baxımdan, İlkin Qulusoyun müəllifi olduğu kitab Azərbaycan dilinin qrammatikasının elmi şəkildə öyrənilməsi üçün atılmış ilk addım hesab olunur.

 

Qeyd edək ki, İlkin Qulusoy 7 ildən ildir ki, dilimizi və ədəbiyyatımızı Türkiyədə yeganə olaraq fəaliyyət göstərən Qars Qafqaz Universitetindəki Azərbaycan dili və ədəbiyyatı bölümündə təbliğ və tədris etməklə məşğuldur.

 

Bölmə : Sənət xəbər
ELEKTRON KİTABXANA
ustadejurnalyukle
USTAD / E-versiya
ustadejurnalyukle
KÖŞƏ YAZARLARI
TOP 10