Azərbaycanlı gənclə gürcü qızının məhəbbəti – “Eviniz abad”

6 Baxış

eviniz abadMədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında “Eviniz abad” (“Köşk”) şərti adlı tammetrajlı bədii filminin istehsalına başlanıb. Hazırda filmin çəkiliş məkanlarının və aktyorlarının seçimi üzərində işlər davam etdirilir.

Romantik komediya janrında olan, qeyri-adi bir əhvalat üzərində qurulmuş, azərbaycanlı oğlanla gürcü qızının məhəbbətindən bəhs edən filmdə hadisələr Azərbaycan və Gürcüstanda baş verir.

Filmin ssenari müəllifi İmir Məmmədli və Mirsadıq Ağazadə, quruluşçu rejissoru Mirsadıq Ağazadə, quruluşçu operatorları Elxan Rüstəmov, Ruslan Ağazadə, bəstəkarı Rauf Əliyev, rəssamı Əziz Məmmədov, rejissoru Akif Rüstəmov, icraçı prodüseri Ülvi Qasımov, prodüseri Müşfiq Hətəmovdur.

Bölmə : Sənət xəbər
KÖŞƏ YAZARLARI
TOP 10