Azərbaycanlı rəssam Luvrda

53 Baxış

karuselFransız incəsənət həvəskarları qarşısında öz yaradıcılığını dəfələrlə nümayiş etdirən gənc istedadlı azərbaycanlı rəssam Məryəm Ələkbərlinin növbəti fərdi sərgisi oktyabrın 23-də Luvr Muzeyinin Karusel qalereyasında təşkil olunacaq.

Xatırladaq ki, iyunun 12-də Karusel qalereyasında keçirilən möhtəşəm “Art Shopping” festivalı çərçivəsində Məryəm Ələkbərlinin sərgisi nümayiş etdirilib.

Məryəmin əsərləri doğma vətəni Azərbaycanda və onun hüdudlarından kənarda – Almaniyada, İtaliyada, Rusiyada, Türkiyədə, Litvada və dəfələrlə Fransada nümayiş etdirilib və müəllifə böyük uğur qazandırıb.

 

Bölmə : Sənət xəbər
KÖŞƏ YAZARLARI
TOP 10