Azərbaycanlı rəssamın qeyri-adi sərgisi

50 Baxış

18406032_10208011708644242_1916124211_o-1024x768

ADO Theatre – Collective rəssam Vüsal Rahimin “My name is Sarah…” adlı yeni fərdi sərgisini təqdim edir.

Senet.az xəbər verir ki, sərginin açılışı 15 may saat 19:00-da baş tutacaq. Sərgi 3 gün davam edəcək. Təqdimatın bağlanış mərasimi isə 18 may saat 19:00-da olacaq.

“My name is Sarah…” rəssam tərəfindən danışılan bir insanın həyat hekayəsidir. “Sarah” şərti ad ümumiləşdirilmiş obrazdır ki, onun vasitəsi ilə hər bir insan öz həyat hekayəsini danışa bilər. Yaradıcılığının ilk dövrlərindən başlayaraq “Qadın” mövzusu Vüsalın əsərlərinin əsas mövzularından biridir. Rəngkarlıq və qrafika əsərlərində araşdırılan qadının daxili mənəvi və psixoloji, o cümlədən, məişət problemləri daha sonra rəssamın instalyasiyalarında inkişafını tapır. Bu mövzu üzərində bir neçə il ərzində işləyərək rəssamın cari mövzuya olan bədii yanaşması forma baxımından kəskin surətdə dəyişilib.

Vüsal Rəhim təsviri sənət üzrə təhsilini Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında almışdır. Əsərləri Azərbaycanda və xarici ölkələrdə sərgilənir. 2013-də “Black woman” adlı fərdi sərgisi YAY Qalereyasında keçirilmişdi (Bakı, Azərbaycan).
İştirak etdiyi qrup sərgiləri:
2016
“SƏN MƏNİ ANLAMIRSAN” adlı eksperimental performansı, / YARAT Müasir İncəsənət Mərkəzi, ARTIM Layihə Məkanı. Bakı, Azərbaycan
“Naxçıvan-bəşəriyyətin beşiyi” lll Beynəlxalq Rəsm Festivalı. Naxçıvan, Azərbaycan
2015
Beynəlxalq Platonov ART FESTIVAL Voronezh / Rusiya
Caitlin Aasen (St. Louis) və Vüsal Rəhim (Bakı) təqdim edir. DUET Qalereyası (ABŞ) St. Louis, ABŞ
2014
BACARART Layihəsi. Bakı, Azərbaycan
MaviFon, YAY Qalereyası , Bakı, Azərbaycan
Səməni Beynəlxalq İncəsənət müsabiqəsi – Heydər Əliyev Mərkəzində / Bakı, Azərbaycan
2013
Art fəaliyyət “The Circle of Peace” / Gürcüstan , Tbilisi
“Art Ganja” Festival /”YARAT” Müasir İncəsənət Məkanı/Gəncə, Azərbaycan
“Tullantıdan sənətə” adlı ll-ci Beynəlxalq sərgi. Qala Arxeoloji-Etnoqrafik Muzey Kompleksi Bakı, Azərbaycan
Home Sweet Home (Doğma ev) / Azərbaycan Mədəniyyət Mərkəzi / YARAT Müasir İncəsənət Mək anı, Paris, Fransa
2012
Parisdə Azərbaycan Mədəniyyət Evinin açılışı, Paris, Fransa
COMMONIST müasir incəsənət sərgisi, YARAT Müasir İncəsənət Məkanı, Bakı, Azərbaycan
Incəsənət enerjisi, Bakı, Azərbaycan
IV BeynəlxalqTürkmədəniyyəti, incəsənət və mədəniyyət miras simpoziumu / incəsənət sərgisi, Milan, İtaliya
2011 IZ Azərbaycan Milli Tarixi Muzeyi, Bakı, Azərbaycan

Giriş sərbəstdir!
Ünvan: Mirzəağa Əliyev 245 // ADO
Tel: 050 394 48 64 & 070 219 83 33 & 012 594 83 85
E-mail: adotheatre@gmail.com

KÖŞƏ YAZARLARI
TOP 10