Azərbaycanlı yazıçı Rusiyada 5000 yazıçı arasında qalib oldu – FOTO

6 Baxış

VARIS

Dekabrın 24-də nüfuzlu Beynəlxalq Moskva Ədəbiyyat Mükafatının 5 nominasiya üzrə 2016-cı il laureatları elan edilib. Moskvanın «Şaqal» klubunda keçirilən təntənəli mərasimdə laureatlara mükafatlar təqdim olunub. Sevindirici haldır ki, laureatlar arasında Azərbaycan yazıçısı Varis Yolçiyev də var.

Moskva Ədəbiyyat Mükafatı 2015-ci ildə Rusiya Prezidenti Vladimir Putinin həmin ili «Ədəbiyyat ili» elan etməsi şərəfinə, Moskva şəhər rəhbərliyinin təşəbbüsüylə Rusiya Yazıçılar Birliyi, «Rossiyskiy kolokol» ədəbiyyat jurnalı və İnternational Writers Union (İWU) təsisatı tərəfindən təsis edilib. Mükafat komissiyasının yaydığı rəsmi məlumata görə, bu il komissiyaya 5000-dən yuxarı əsər təqdim olunub ki, onlardan da ən yaxşıları «Fantastika», «Fəlsəfi ədəbiyyat», «Ruhani ədəbiyyat», «Vətənpərvərlik ədəbiyyatı» və «Uşaq ədəbiyyatı» kimi 5 nominasiyada öncə long (uzun), sonra şort (qısa) siyahılara düşüb, final mərhələsinə vəsiqə qazanıblar.

Nəhayət, tərkibi gizli saxlanılan münsiflər heyəti gizli səsvermə yolu ilə hər nominasiyadan 3 dərəcə üzrə (1-ci dərəcə: klassik yazar, 2-ci dərəcə: müasir yazar; 3-cü dərəcə: debütant yazar) laureatları müəyyənləşdirib. Varis Yolçuyev «Yanvarın 13 günü» romanı ilə «Fəlsəfi ədəbiyyat» nominasiyasında «müasir yazar» dərəcəsi ilə qalib olub.

Xatırladaq ki, bu roman 2015-ci ilin dekabrında Moskvada nüfuzlu «Sovremenniki i klassiki» vintaj seriyasından çıxıb, Moskvada Mərkəzi Ədiblər Evində, Nyu-Yorkda «Sankt-Peterburq» kitab mağazasında, eləcə də Bakıda Beynəlxalq Mətbuat Mərkəzində onun təqdimat mərasimləri keçirilib.

Əlbəttə ki, Sergey Lukyanenko, Andrey Şarqorodskiy, Zaxar Prilepin, Eduard Uspenskiy kimi (təsəvvür edin ki, Boris Akunin, Mixail Jvanetski, Lev Anninski, Mixail Zadornov kimi dünyaşöhrətli yazarlar finala yüksəlsələr də laureat adını qazana bilməyiblər) tanınmışlarla bir sırada həmyerlimizin də olduqca nüfuzlu mükafatla təltif olunması Azərbaycan adına, ədəbiyyatımız adına böyük nailiyyətdir. Moskva Ədəbiyyat Mükafatını qazanan Varis ikiqat sevinc hissi keçirdiyini vurğulayıb. Həm Lev Tolstoy, Fyodr Dostoyevski kimi ədəbiyyat nəhənglərinin vətənlərində təltif olunduğuna görə, həm də mükafata layiq olan əsərin insan-cəmiyyət-təbiət arasındakı düyünlərin açılmasına cəhd edən süjet xəttindən Azərbaycanımızın, Qarabağ həqiqətlərinin mövzu olaraq keçdiyinə görə.

Onu da qeyd edək ki, Varis Yolçiyevlə bu gün saat 17:00 görüş keçriləcəy görüşün təşkilatçısı Azərbaycan mədəniyyətinin inkişafı və intibahı fondu və ASGA Rusiya nümayəndəliyidir.

KÖŞƏ YAZARLARI
TOP 10