“Azərbaycan əlyazmaları dünya kitabxanalarında” mövzusunda I Beynəlxalq konfrans keçiriləcək

24 Baxış

AMEA əlyazmaBu ilin  oktyabr ayında Azərbaycan əlyazmalarının dünyada tanıdılması və təbliği məqsədilə AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda “Azərbaycan əlyazmaları dünya kitabxanalarında” mövzusunda I Beynəlxalq konfrans keçiriləcək.

AMEA-nın məlumatına görə, konfransda iştirak etmək istəyənlər məqalə və tezislərini 15 iyun 2016-cı il tarixinədək Təşkilat Komitəsinə göndərə bilərlər.

Məruzələrin tərtibatına dair tələblər:

- Mətnlər Word-A4 formatında 2 səhifə həcmində olmalıdır;

- Times New Roman, 12 şrift, 1 intervalla, soldan 3 sm., yuxarı və aşağı 2 sm., sağ 1 sm., abzaslar 1.25 sm. parametrlərinə uyğun yazılmalıdır.;

- Müəllifin ad və soyadından sonra səhifənin ortasında məqalənin adı böyük qara hərflərlə yazılmalıdır;

Əlaqə nömrəsi: (+994 12) 437 21 52

E-mail: konfrans.elyazma@mail.ru