Azərbaycan Bəstəkarlar İttifaqında çap olunmuş yeni broşürlərin təqdimatı keçiriləcək

8 Baxış

bəstəkarlar ittifaqı19 fevral 2016-cı il tarixində,  saat 15:00-da Azərbaycan Bəstəkarlar İttifaqının Ü.Hacıbəyli adına Konsert Salonunda Azərbaycan Bəstəkarlar İttifaqının “Azərbaycan bəstəkarları və musiqişünasları” layihəsi üzrə Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə çap olunmuş yeni broşürlərin  (II hissə) təqdimatı keçiriləcəkdir.

Mədəniyyət və Turizm Nazirliyindən Senet.az-a verilən məlumata görə,  22 fevral 2016-cı il tarixdə saat 15.00-da isə Azərbaycan Bəstəkarlar İttifaqının Ü.Hacıbəyli adına  Konsert  Salonunda  Rafiq  Babayev  adına 25 saylı 11 illik Musiqi Məktəbinin şagirdlərinin Azərbaycan professional musiqisinin banisi Üzeyir Hacıbəyliyə həsr olunmuş konserti  baş tutacaqdır.