Azərbaycan Beynəlxalq Teatr Festivalında

7 Baxış

belarusBrestdə MDB-nin 25 illiyinə həsr olunmuş “Belaya Veja” XXI Beynəlxalq Teatr Festivalı (BTF) keçirilir.

Senet.az saytı AZƏRTAC-a istinadən xəbər verir ki, Belarusda keçirilən festivalda dünyanın 17 ölkəsindən – Azərbaycan, Belarus, Böyük Britaniya, Almaniya, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Latviya, Moldova, Polşa, Rusiya, Ukrayna, Fransa, Çexiya və başqa ölkələrdən dramatik, meydan, musiqili və plastik teatrlar iştirak edir.

Tamaşalar səkkiz dildə o cümlədən Azərbaycan dilində göstəriləcək və mətn polyak-belorus dialektində tərcümə olunacaq.

Festival tamaşaları şəhərin beş məkanında – Brest Akademik Dram Teatrının böyük və kiçik zallarında, Vilayət ictimai-mədəni mərkəzində, Gənclərin yaradıcılıq mərkəzində və Lenin meydanında göstəriləcək.

Bölmə : Teatr