“Azərbaycan dilinin normaları” müzakirə edilib

37 Baxış

ilk seminarHədəf Karyera Mərkəzi, Bakı Dövlət Universiteti Jurnalistika fakultəsi, “Jurnalistika Elmi-Tədqiqat Laboratoriyası”nın birgə təşkilatçılığı və Senet.az saytının informasiya dəstəyi ilə keçirilən təlimin seminarlarına start verilib. İlk seminar “Hədəf” Şirkətlər Qrupunun rəhbəri, filologiya üzrə fəlsəfə doktoru, dosent Şəmil Sadiq tərəfindən aparılıb və jurnalistika sahəsində xüsusi əhəmiyyət daşıyan mövzuya həsr edilib. F.ü.f.d., dos Şəmil Sadiq gənc jurnalistlərlə “Azərbaycan dilinin normaları”nı müzakirə edib. Diskussiya şəklində keçən seminarda Azərbaycan dilinin tarixinə nəzər salınıb, bu gün dilimizin normalarına hansı dərəcədə riayət edilməsindən danışılıb. Mövcud problemlər və onlardan çıxış yolları ilə bağlı fikirlər səsləndirilib, jurnalistlərin bu sahədəki rolu vurğulanıb.

Qeyd edək ki, seminarlar həftədə bir dəfə olmaqla may ayınadək davam edəcək. Seminarlarda 20-yə yaxın gənc jurnalist iştirak edir. Həmin jurnalistlər dekabrın 10-11-i tarixlərində Hədəf Karyera Mərkəzi, İstiqlal Tədris və Yaradıcılıq  Mərkəzinin İstanbul Aydın Universiteti ilə birgə təşkil etdikləri “Onlayn media: Yeniliklər, perspektivlər, problemlər” adlı seminar-treninqdə öz fəallığı ilə fərqlənmiş gənclər arasından seçilib. Təlimin sonunda fərqlənən 10 jurnalistin isə təcrübə üçün bir həftəlik Türkiyəyə göndərilməsi nəzərdə tutulur.