Gənc Tamaşaçılar Teatrının aktyoru beynəlxalq festivalda

9 Baxış

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının gənc və istedadlı aktyoru, IX Beynəlxalq Yay Teatr Məktəbinin müdavimi Eşqin Quliyev növbəti beynəlxalq tədbirdə iştirak etmək üçün dəvət alıb. Bu dəfə aktyorumuz Moskvada keçiriləcək “Территория”  XI  Beynəlxalq Müasir İncəsənət festival-məktəbində ölkəmizi təmsil edəcək.

Teatrın mətbuat xidmətindən Senet.az saytına məlumat verilib ki, festival-məktəb oktyabr ayının 10-dən – 20-dək Rusiya Federasiyası  Mədəniyyət Nazirliyinin və Moskva şəhəri Mədəniyyət Departamentinin təşkilatçılığı ilə baş tutacaq.

Məlumat üçün bildirək ki, Eşqin Quliyev 2015-ci ilin iyun ayında  Rusiya Federasiyası Teatr Xadimləri İttifaqının və RF-in Mədəniyyət Nazirliyinin təşkil etdiyi IX Beynəlxalq Yay Teatr Məktəbində, həmin ilin sentyabr ayında  isə Moskvada keçirilmiş “Artmiqrasiya 2015” III Ümumrusiya gənclərinin teatr forumunda uğurla iştirak edərək diplomlara layiq görülüb.

Bölmə : Teatr