Azərbaycan Dövlət Musiqili Teatrında yeni – 107-ci mövsümün ilk premyerası

4 Baxış

Azərbaycan Dövlət Musiqili Teatrında yeni – 107-ci mövsümün ilk premyerası olacaq. Dövlət Musiqili Teatrının Mətbuat katibi Samir Sədaqətoğlu Senet.az saytına bildirib ki, oktyabrın 1-i saat 12.00-da Əli Səmədlinin “Meşə çaqqalsız olmaz” musiqili nağıl tamaşası balaca tamaşaçılara təqdim olunacaq.

Yeni səhnə əsərinin əsas məqsədlərindən biri də balacalara mübarizə əzminin, vətənpərvərlik hissinin aşılanmasıdır. Maraqlı, dinamik süjet xəttinə malik olan tamaşa əslində dolayısı ilə erməni xisləti haqqında uşaqlarımızı məlumatlandırmaq missiyası daşıyır.

Qeyd edək ki, tamaşanın quruluşçu-rejissoru Əhəd Hacıyev, rejissoru Elməddin Dadaşov, rejissor-assistenti Tamilla Aslanova, geyim üzrə rəssamı Yelena Almazovadır. Rolları gənc aktyorları Əmrah Dadaşov, Güldanə Əzimova, Eleanora Mehdiyeva, Ruslan Mürsəlov, Zinyət Qurbanova, Şaban Cəfərov, Fərid Rzayev və Cəlalə Novruzlu ifa edirlər.

Bölmə : Teatr