Azərbaycan “Eurovision-2016” mahnı müsabiqəsinin finalında

7 Baxış

Eurovision finalİsveçin paytaxtı Stokholmda “Eurovision-2016” mahnı müsabiqənin birinci yarımfinalı keçirilib. Finala vəsiqə qazanan 10 ölkə arasında Azərbaycan da var.

Müsabiqənin əsas loqotipinin yayımlanması ilə birinçi yarımfinala start verildi. Ötən il Avstriya paytaxtı Vyanadan qalib kimi ayrılan Mans Zelmerlov musabiqəni acaraq ozunun Hiros mahnısını müxtəlif improvizələrlə və İsveçin uşaq xoru ilə birgə ifa etdi.

Daha sonra Avrovisiyanın əsas səhnəsi birinci yarımfinalın 18 ölkəsinin ixtiyarına verildi. Ardıcıl olaraq üç dəqiqə müddətində müsabiqənin əsas səhnəsini paylaşan avropalı ifaçıların intervallarında isə iştirakçı ölkənin təqdimat videoları nümayiş olundu. Azərbaycanı təmsil edən Səmra Rəhimlinin Mirkl mahnısı Qlob arenanın səhnəsində 14-cü səsləndi. Avrovisiya səhnəsində 5 bek vokalçı ilə çıxan təmsilçimizin səhnə tərtibatı “Alisa Möcüzələr Ölkəsində” adlı əsərə əsaslanır.

Qlob arenanın səhnəsində 18-ci və son ifaçı kimi Malta təmsilçisi göründü.

Daha sonra avropa yayımları ittifaqı rəsmən səs verməni acıq elan edərək 15 dəqiqə müddətində tamaşaçılardan və müsabiqənin qapalı münsiflər heyyətindən qələn səsləri toplayaraq son nətiçəni bəyan etdi. Bununlada 18 ölkədən yalnız Azerbaycan, Rusiya, Niderland Krallığı, Macaristan, Xorvatiya, Avstriya, Çex Respublikası, Kipr, Malta finala vəsiqə qazandı.

Qeyd edək ki müsabiqənin 10 finalçısı daha sonra konfrans zalda mətbuatla görüşüb özlərinin finalda çıxış edəçəkləri nömrələri müəyyən etmək üçün püşkatmada iştirak etdilər. Ardıcıllıq məlum olduqdan sonra, jurnalistlər onları maraqlandıran sulları təmsilçi olkələri ünvanladılar.

Puşkatmaya uyğun olaraq mayın 14-də keçiriləcək final konsertində Azərbaycan, Niderland Krallığı, Macarıstan birinci, Malta, Avstriya, Kipr, Çexiya, Rusiya, Ermənistan və Avstriya isə ikinci hissədə çıxış edəcək.