SENET.AZ

Azərbaycan filmi beynəlxalq festivalda nümayiş olunacaq

1 Baxış

Kann Axınla aağı

Avstriyanın LET’S CEE Beynəlxalq Film Festivalının direktorları Magdalena Zelasko və Wolfgang P. Schwelle Kanndakı Azərbaycan pavilyonunun qonaqları olublar.

Qonaqlara mayın 21-də Vyanada nümayişi planlaşdırılan “Axınla aşağı” bədii filmi haqqında məlumat verilib. Adıçəkilən film LET’S INTEGRATE festivalının xüsusi proqramına daxil edilib. Qısa zamanda Azərbaycan filminin nümayişinə bütün biletlər satılıb. Festivalın keçirdiyi rəy sorğusunda iştirak edənlərin 80%-i “Axınla aşağı”nı ən uğurlu film hesab edib. Festival rəhbərliyi Azərbaycandan yeni filmləri səbirsizliklə gözlədiklərini vurğulayıb.

“Axınla aşağı” – psixoloji ailə dramıdır. Quruluşçu rejissoru Asif Rüstəmov, ssenari müəllifləri Asif Rüstəmov və Otar Pertaxiya, quruluşçu operatoru Ayxan Salar, bəstəkarı Xəyyam Mirzəzadə, quruluşçu rəssamı Rafiz İsmayılov, icraçı prodüseri Nadir Əliyev, prodüseri Müşfiq Hətəmovdur. Filmdə Namiq Ağayev, Mehriban Zəki və digər aktyorlar rol alıb.

axınla aşağı