Azərbaycan filmi beynəlxalq festivalda

19 Baxış

Rafiq Əliyev və Cavid Təvəkkülün “Dərs” bədii filmi 25-ci “Kinoşok” (Киношок) beynəlxalq film festivalının “KinoMalıŞok”(КиноМалыШок) müsabiqə proqramında yer alıb. Film festivalı Rusiyanın müxtəlif bölgələrində yayımlanacaqdır. Belə ki, Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən senet.az saytına verilən məlumata əsasən MDB ölkələri, Latviya, Litva və Estoniyanın iştirak etdiyi festival 3-10 sentyabr tarixlərində Rusiyada keçiriləcək. Festival çərçivəsində filmimiz Anapa, Krımsk, Novorossiysk və Temryuk şəhərlərinin kinoteatrlarında nümayiş etdiriləcək.

2015-ci ildə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə “Dərs” tammetrajlı bədii filmi Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında lentə alınmış, Ekran əsərində məktəb həyatından, yeniyetmə məktəblilərin qarşılıqlı münasibətlərindən, dostluğa və həyata baxışlarından və bu baxışların formalaşmasından bəhs edilir.

Filmin ssenari müəllifləri: Elza Ağayeva və Anastasiya Volkova, quruluşçu operatoru Rauf Qurbanəliyev, quruluşçu rəssamı Fikrət Ələkbərov, bəstəkarı Tünzalə Ağayeva, icraçı prodüseri Vüsal Abbasov, prodüseri Müşfiq Hətəmovdur.

Filmdə baş rolları: Tamerlan Ağayev, Aliyə Əliyeva, Rəşid Əliyev, Ayna Zərbəliyeva, Nazim İbrahimov, Mənsurə Əhmədova və digərləri canlandırırlar.

 

ders ders

Bölmə : Kino, Manşet