Azərbaycan karikatura sənətinin banisi–Əzim Əzimzadə

6 Baxış

Azərbaycanın Xalq Rəssamı, Əmək Qəhrəmanı, Azərbaycan karikatura sənətinin banisi Əzimzadə Əzim Aslan oğlunun anadan olmasından 136 il ötür. Senet.az saytı olaraq Azərbaycan karikatura sənətinin banisi olan Əzim Əzimzadə haqqında maraqlı bir aşardıma apardıq və onu sizlərə təqdim edirik.

Əzim Əzimzadə 1880-ci ilin aprel ayında Novxanı kəndində anadan olub. Atasının etirazına baxmayaraq ibtidai təhsilini rus-tatar məktəbində alıb.Yaradıcılığı boyu əsrlərdən bəri formalaşan Təbriz Azərbaycan miniatür məktəbinin və rus rəssamlıq məktəbinin ənənələrindən bəhrələnib.

Rəssamlığa məşhur “Molla Nəsrəddin” jurnalında öz əsərlərini dərc etdirməklə başlayıb. 1906-cı ildən “Molla Nəsrəddin”, “Baraban”, “Zənbur”, “Tuti”, “Kəlniyyət” və sair jurnalların səhifələrində satirik qrafik karikaturalarını nəşr etdirməklə Azərbaycan satirik qrafikasının əsasını qoyub.

Əzimzadənin əsərlərinin əsas mövzusunu sosial təzadlar, adətlər və xalqın məişəti təşkil edirdi. Cəmiyyətin müxtəlif təbəqələrinin mənfi ünsürləri – xəsis tacirlər, fırıldaqçı din xadimləri, şarlatanlar onun satirik qələminin hədəfində olurdular.

Çəkdiyi “İt boğuşdurma”, “Kişi arvadını döyür”, “Varlı evində toy”, “Su üstündə dava”, “Köhnə bakılılar” kimi əsərlərində müxtəlif sosial təbəqələrə məxsus tiplərin iç üzünü açaraq qadın hüquqsuzluğuna, ədalətsizliyə qarşı çıxış edirdi.

Ə.Əzimzadə satirik şair M.Ə.Sabirin “Hophopnamə”sinə çəkdiyi illüstrasiyalarla (1914) kitab qrafikası sənətinin də əsasını qoyub. Onun teatrlara çəkdiyi geyim eskizləri və dekorasiyalar Azərbaycan rəssamlığının bu sahədəki inkişafına xüsusi təkan verib.

Əsərləri dünyanın bir sıra muzeylərində nümayiş etdirilən rəssamın ilk fərdi sərgisi 1940-cı ildə təşkil olunub. Bakıda keçirilən birinci sərgidə tamaşaçılar rəssamın 1200-dən çox əsərinə tamaşa edə biliblər. 1920-1943-cü illərdə Ə.Əzimzadə Azərbaycan Rəssamlıq Texnikumunda müəllim, 1932-1937-ci illərdə isə direktor olub.

Əzim Aslan oğlu Əzimzadə 1943-cü il may ayının 15-də Bakıda vəfat edib.

Bakı Rəssamlıq Texnikumu, eləcə də Bakı küçələrindən biri onun adını daşıyır. Yaşadığı evdə rəssamın ev muzeyi açılıb, evin yaxınlılığındakı bağda büstü qoyulub.

“İt boğuşdurma” (1938)

51

 “Varlı evində ramazan” (1932)

52

“Nəsiminin edamı” (1938)

53

“Yoxsulların toyu” (1931)

54

“Qurban bayramı” (1931)

55

“Kos-kosa” (1930)

56

“Xoruz döyüşü” (1915)

57

 “Qız övladın dünyaya gəlişi” (1937)

58

“Kasıb evində ramazan süfrəsi” (1938)

 

59

 

 

Araşdırma: Elçin İbrahimov

Bölmə : Bölməsiz