Azərbaycan Koreyada səfirliklərin sərgisində təmsil olunub

8 Baxış

koreya səfirliyi sərgiKoreyanın paytaxtı Seulda 36 diplomatik missiyadan 400 ekspozisiyanın olduğu “II səfirliklərin töhfəsi sərgisi” keçirilib. “Report” Koreya KİV-inə istinadən xəbər verir ki, tədbir Koreya Multikultural Muzeyi və səfirliklər muzeyi tərəfindən təşkil edilib.

Ekspozisiyalara ənənəvi milli geyimlər, aksesuarlar, sənətkarlıq, əl işləri, heykəltəraşlıq və nəşrlər daxildir.

“Səfirliklər Muzeyi koreyalıların Seulda tanımadıqları əcnəbi diplomatlarla ünsiyyət quracağı bir yer olacaq”, – deyə muzeyin direktoru Kim Yun Te bildirib.

Qeyd edək ki, sərginin açılışında 24 diplomatik missiyanın nümayəndələri, o cümlədən Azərbaycanın səfiri Rəmzi Teymurov, Türkiyənin səfiri Hakan Okcal, Tunisin səfiri Məhəmməd Əli Nafti və Əlcəzairin səfiri Məhəmməd əl-Amine iştirak edib.

Sərgi fevralın 26-dək davam edəcək.