Azərbaycan Moskva Beynəlxalq Kitab Sərgisi Yarmarkasında təmsil olunur

8 Baxış

Rusiya paytaxtında 29-cu Moskva Beynəlxalq Kitab Sərgisi Yarmarkası başlayıb. Senet.az saytının APA-ya istinadən verdiyi məlumatına görə, Ümumrusiya Sərgi Mərkəzində (VDNX) keçirilən və kitab sahəsində dünyanın ən nüfuzlu sərgilərindən sayılan tədbirdə Azərbaycan Mədəniyyət və Turizm nazirliyinin təşkil etdiyi stendi ilə təmsil olunur.

Qeyd edək ki, Azərbaycanın hər il Moskva Beynəlxalq Kitab Sərgisi Yarmarkasında iştirak edir. Rusiya və dünyanın bir sıra ölkələrinin 500-də çox nəşrinin iştirak etdiyi Moskva Beynəlxalq Kitab Sərgisi Yarmarkası sentyabrın 11-dək davam edəcək.

 

Bölmə : Manşet