Azərbaycan tikməsi haqqında Çexiya mətbuatında

9 Baxış

BCAKS_2015_09.inddÇexiyanın tanınmış ali təhsil ocağı olan Karlov Universitetinin fəlsəfə fakultəsi nəzdində fəaliyyət göstərən “Azərbaycanın və Xəzər Regionunun Tədqiqi Mərkəzinin Bülleteni”nin növbəti nömrəsində AMEA Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşlarının məqalələri dərc olunub.

AMEA Milli Azərbaycan Tarixi Muzeyinin saytında yerləşdirilən məlumata görə, xüsusi fondun müdiri Afət Rüstəmbəyovanın “Azərbaycan tikməsi (qurama) ənənəvi Azərbaycan interyerində” adlı məqaləsində (ingilis dilində, s.2-6) qurama tikmə növünün tarixi nümunələri, xüsusiyyətləri haqqında məlumat verilir.Muzeyin elmi işçisi Emin Dadaşovun “XIX-XX əsrin əvvəllərinə aid fotoşəkillər Azərbaycandakı sosial təbəqələrin öyrənilməsində mənbə kimi” məqaləsi (ingilis dilində, s.7-16) Muzeyin Sənədli mənbələr fondunda qorunan fotoşəkillər əsasında yazılmışdır.