“Azərbaycan xalçalarının açılmamış sirləri”

3 Baxış

Azərbaycan xalçalarının açılmamış sirləriAzərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Şakir Qabıssanlının “Azərbaycan xalçalarının açılmamış sirləri” adlı kitabının nəşri başa çatdırılıb. Kitabın redaktorları Mustafa Çəmənli və Sevinc Nuruqızıdır.

Kitabda dünyaya məlum olmayan, lakin dünyamızda olan sirli aləmlərə yeni qapılar açılır. Xalçalar və xalça işarələri dünyanın 17 ölkəsində olan qayaüstü rəsm və işarələrin sivil davamı kimi antik dünyamıza sanki mənəvi yollar açır. Kitabda Nuh tufanının danılmaz arqumentləri, “Zənd-Əvəsta” (“Avesta”) ilə vəhdətdə İbrahim peyğəmbərin ilkin dini əlamətləri fəlsəfi ideoloji tənlikdə oxuculara çatdırılır. Sonda rəqəmlərin, xətlərin müqəddəsliyindən doğulan məna-mahiyyətləri işıqlandırmaqla dünyanın yaranma əlamətləri xüsusi sistemlə göstərilir. Kitabda xalçaçılıq sənətinin ilmələrində gizlənən şifrlər müəllif tərəfindən açılır.

“Təhsil” nəşriyyatında yüksək poliqrafik keyfiyyətlə çapı başa çatdırılmış kitab Nazirliyin tabeçiliyində olan kütləvi kitabxanalara və digər aidiyyəti qurumlara paylanılacaqdır.