Azərbaycanda ilk mətbəə necə yarandı?

23 Baxış

qutenberq-capi-660x330

Son dövrlərə qədər dünyada ilk mətbəə almaniyalı Con Qutenberqin adı ilə bağlanırdı. İlk mətbəənin ən bəsit şəkli Sümər türklərinə aiddir. Mesopotomiyada aparılan qazıntılar və yaxud burada Sümər türklərinə aid olan bir sıra tarixi abidələrin üzə çıxması bütün bunlara sübutdur.

Azərbaycanda mətbəə nə zaman yaranmağa başladı?

Azərbaycanda ilk çap dəzgahı hələ XIX əsrin əvvələrindən Təbrizdə quraşdırılmışdı. Mətbəəə üsulu ilə ilk çap kitabları Təbrizdə 1812-ci ildə nəşr olunmağa başladı. Daha sonra 1830-cu ildə isə Şuşada mətbəə fəaliyyətə başladı.

19-cu əsrin 30-cu illərində isə Bakıda, Gəncədə, Şamaxıda artıq mətbəələr var idi.

Kitab çapı bəşəriyyət tarixində ən böyük kəşflərdən biridir. O, maarifin, elmin və ədəbiyyatın inkişafına böyük təkan verdi.

Kitabın çapı ilə insanların topladığı bilik, mədəniyyət ölkədən-ölkəyə sürətlə yayılmağa, həm də daha tam və dolğun şəkildə saxlanılaraq gələcək nəsillərə çatdırılmağa başladı.

Müasir çap üsulu ilə kitab nəşrinə 19-cu əsrin sonlarında təşəbbüs göstərildi. 19-cu əsrin sonları 20-ci əsrin əvvəllərində Azərbaycanda ilk müasir mətbəələr meydana gəldi.

1889-cu ildə Bakıda 5 mətbəə və 1 tipolitoqrafiya var idisə, 1900-cu ildə burada artıq 16 mətbəə fəaliyyət göstərirdi.

XIX əsrin II yarısında Azərbaycanda iqtisadi və ictimai inkişaf milli mətbuatımızın yaranmasına gətirib çıxardı. Görkəmli maarifçi Həsən bəy Zərdabi hökumətə müraciət edərək “Əkinçi” qəzetinin nəşrinə icazə ala bildi.

Qəzetin nəşri üçün Zərdabi İstanbuldan xüsusi ərəb qrafikalı mətbəə şriftləri gətirtdi. Nəhayət 1875-ci il iyulun 22-də Bakıda qəzetin ilk nömrəsi işıq üzü gördü. Beləliklə milli mətbuatımızın əsası qoyuldu. Azərbaycan mətbuatı üçün “Əkinçi”nin ayağı yüngül oldu.

Bir çox yazıçı və şairlər öz əsərlərini qəzet və jurnallarda dərc etməyə başladılar. Yazdıqlarını kitab şəklində görmək istəyən bu ədiblər vəsait tapan kimi mətbəə açmağa çalışırdılar.

XIX əsrin sonunda Azərbaycanda nəşriyyat işinin inkişafında Ünsizadə qardaşlarının – Səid, Cəlal və Kamalın böyük rolu oldu. Səid Ünsizadə 1879-cu ildə Tiflisdə “Ziya” qəzetini nəşr etməyə başladı. Sonralar o, mətbəəsini Şamaxıya köçürdü və bu qəzetlə yanaşı dini kitabların çapı ilə də məşğul olmağa başladı.

Əsəd Əsədzadə

Bölmə : Araşdırma, Tarix