“Azərbaycanı kəşf et – abidələrimiz milli sərvətimizdir”

0 Baxış

Azərbaycanı kəşf et“Gələcək Naminə” Vətəndaş Cəmiyyətinin İnkişafına Dəstək İctimai Birliyi (İB) Mədəniyyət və Turizm Nazirliyinin maliyyə dəstəyi ilə “Azərbaycanı kəşf et – abidələrimiz milli sərvətimizdir” layihəsinin icrasına start verib.

İB-dən AZƏRTAC-a bildirilib ki, layihənin məqsədi Azərbaycan gəncliyinin inkişaf etdiyi bir dövrdə bu inkişafa dəstək olmaq, gənclərin vətənpərvər bir şəxsiyyət kimi formalaşmasına yardım etmək, onlara azərbaycançılıq ideologiyasını aşılamaqdan ibarətdir.

Layihə çərçivəsində regionlarda gənclərin iştirakı ilə təlimlər və ekskursiyalar təşkil olunacaq. Gənclər qərb və şimal bölgələrimizdə yerləşən dünya, ölkə və yerli əhəmiyyətli tarixi abidələr, xüsusi əhəmiyyətli muzeylər, arxeoloji düşərgələrlə tanış ediləcək. Onlara bu abidələr barədə geniş məlumatlar veriləcək.

Bölmə : Sənət xəbər, Tarix