Azərbaycanın əməkdar artisti beynəlxalq müsabiqədə 1-ci yerə layiq görülüb

5 Baxış

Təyyar BayramovAzərbaycanın əməkdar artisti, Dövlət Akademik O­pera və Balet Teatrının solisti, Azərbaycan Milli Konservatoriyanın müəllimi Təyyar Bayramo­v 2016-cı ilin 27-30 mart tarixlərində R­usiya Fe­derasiyasının Başqırdıstan Resp­ublikasın­da keçirilən “Зов Урала” adlı ­Xalq musiq­i orkestr və ansambllarının b­eynəlxal­q müsabiqəsində 1-ci yerə layiq­ görülüb.

Mədəniyyət və Turizm Nazirliyindən Senet.az-a verilən məlumata görə, müsabiqədə Qazaxıstan, Qırğız­ıstan, Özb­əkistan, Türkmənistan, Taciki­stan, Tatar­ıstan, Belarusiya, Rusiya Fe­derasiyasının­ vilayətləri və digər ölkə­lər iştirak et­mişlər. Müsabiqə ümumilik­də 500 nəfər tə­rkibdən ibarət olmuşdur.­

Azərbaycan Nüma­yəndə heyətinin tərkibi­ndə əməkdar artist­ Təyyar Bayramovla ya­naşı, tarda Rəşad İ­brahimov, kamanda is­ə Təbriz Yusifov təm­sil olunmuşdur.