Azərbaycanın ilk impakt faktorlu jurnalının növbəti cildi çapdan çıxıb

6 Baxış

impakt faktorlu jurnalAzərbaycan elm tarixində ilk dəfə Thomson Reuters agentliyinin siyahısına daxil edilmiş və impakt faktor (keyfiyyət əmsalı) alan AR Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası və Bakı Dövlət Universitetinin Tətbiqi-Riyaziyyat Elmi Tədqiqat İnstitutunun təsisçiliyi ilə dərc edilən Applied and Computational Mathematics (Tətbiq və Hesablama Riyaziyyatı) jurnalının növbəti 15-ci cildinin 1-ci sayı çapdan cıxıb.

AMEA-nın məlumatına görə, respublikada bu sahədə aparılan elmi-tədqiqat işlərinin dünyada layiqincə təbliğ edən jurnalın bu sayında dünyanın müxtəlif ölkələrindən (ABŞ, Rusiya, İspaniya, Gürcüstan, Türkiyə, Tayvan və s.) olan tanınmış alimlərin məqalələri dərc olunub.

Qeyd edək ki, bu məqalələr monoton operatorlar metodu, paralel hesablamalar, kəsr üstlü hiperbolik diferensial tənliklər, optimal idarəetmə nəzəriyyəsinin və s. müasir problemlərinə həsr olunub.