Azərbaycanlı pianoçu beynəlxalq müsabiqənin laureatı olub

6 Baxış

Nərminə İsmayılovaEstoniyanın Narva şəhərində gənc pianoçuların Şopen adına XI Beynəlxalq müsabiqəsi başa çatıb. Müsabiqədə 11 dövlətdən 50 gənc pianoçu iştirak edib.

AZƏRTAC xəbər verir ki, Bülbül adına orta ixtisas musiqi məktəbinin IX sinif şagirdi Nərminə İsmayılova müsabiqədə uğurla çıxış edərək münsiflər heyətinin rəyinə əsasən II yerə layıq görülüb.

Müsabiqədə N. İsmayılova İ.S.Bax, D.Scarlatti, F.Şopenin əsərlərini böyük məharətlə ifa edib.

Qeyd edək ki, Nərminə İsmayılova 2015-ci ilin aprelində zəmanəmizin görkəmli pianoçusu Denis Matsuyevin təşkilatçılığı ilə Astana şəhərində keçirilən gənc pianoçuların “Astana Piano Passion” III Beynəlxalq müsabiqəsində iştirak edərək diploma layiq görülüb.