Azərbaycanlı rejissorun filmi Amerikada 1-ci yerə çıxdı

6 Baxış

Senet.az saytı xəbər verir ki, noyabr ayının 9-dan 12-ə kimi Amerikanın Viskonsin ştatında “Weyauwega Internatonial” Film Festivalı keçirilmişdi.

15195919_1612653485427680_1489041880426451463_o

Bu festival müəllif filmləri festivalı idi. Festivalda vaxtı ilə, 2014-cü il Oskar almış “The Lady in Number 6″, 2015-ci ildə Oskar nominantı olan “Everything will be OK” və s. filmlər iştirak edirdi. Müsabiqədə 18 ölkədən 50 film seçilmişdi.

Azərbaycanı isə Rüfət Əsədovun “The last Jew in the village” (“Kənddə sonuncu yəhudi”) filmi təmsil edirdi.

Film “Ən yaxşı qısametrajlı sənədli film” (“Best short documentary film”) nominasiyasında 1-ci yerə layiq görüldü.15235728_1612652792094416_3425217347655065467_o

Filmin ssenari müəllifi – Vaqif Azəryar, operator-Yuri Varnovski, montaj rejissoru – Vüsal Nazimoğlu, səs rejissoru – Pərviz (Mete), prodüser – Oleq Harencar (Amerikan prodüser).

Linkə daxil olaraq filmə baxa bilərsiniz: https://www.youtube.com/watch?v=JlBEKoFt59g

Bölmə : Bölməsiz