Azərbaycanlı rejissorun filmi beynəlxalq film festivalında

59 Baxış
sonuncu yəhudiMay ayının 17-dən 31-dək İsraildə Afula şəhərində Near Nazareth Film Festivalı keçiriləcək. Festivalın əsas məqsədi xalqlar arasında qarşılıqlı anlaşma və dostluğun möhkəmlənməsinə xidmət etməkdir. Festivalda 65 ölkənin nümayəndəsi iştirak edəcək. Azərbaycanlı rejissor Rüfət Əsədovun “Kənddə sonuncu yəhudi” sənədli filmi festivalın əsas-konkurs proqramına daxil edilib.
FİLMİN QISA MƏZMUNU: 19-cu əsrin əvvələrində Şamaxı zəlzələsindən sonra yəhudilər Mücü kəndindən köçərək indiki İsmayıllı rayonunun ərazisində-Mücü-Həftaran kəndini yaradırlar. Sonradan əhalinin bir hissəsi Bakıya, digərləri Göyçaya köçürlər. Sovet dövrü və Sovet dağılandan sonra ölkəni tərk edərək İsrailə köcürlər. İndi orada yeganə bir yəhudi qalıb-Meir Manaşirov. Onun 83 yaşı var. Bacı-qardaşları, övladları İsraildə, Amerikada yaşayırlar. O isə getmir. Uşaqları, qohum-əqraba ondan küsür ki, niyə orada tək yaşayırsan? Köç-gəl bura. O isə deyir ki, mən bu torpağı, valideyinlərimi atıb getməyəcəm. Bax belə yaşayır…Meir.
Xronometrajı-32 dəqiqə
Rejissor-Rüfət Əsədov
Ssenari müəllifləri: Vaqif Azəryar, Rüfət Əsədov
Operator: Yuri Varnovski
Montaj: Vüsal Nazimoğlu
Səs rejissoru: Pərviz Ramizoğlu
Prodüserlər: Oleg Harencar, Rüfət Əsədov
Film “PİCMUS PRODUCTİON”(Azərbaycan) və “PROMETHEUS PRODUCTİON” (ABŞ)-ın birgə istehsalıdır. 2015-ci il.
Bundan əvvəl film aprel ayının 9-dan 15-ə kimi Xorvatiyanın paytaxtı-Zagreb şəhərində keçirilən 10-cu FESTİVAL OF TOLERANCE-JFF-da iştirak edib.
Festivalın prezidenti-2 “Oskar” (“ Şindler siyahısı” və “Qladiator”) filminin prodüseri-Branko Lüstiq.