Azərbaycanlı şərqşünas Fransada nəşr edilən kitabın redaktorudur

9 Baxış

Paris Ali Normal MəktəbiParisin Ali Normal Məktəbində (ENS – Ecole Normale Superieure) fransız dilində çapdan çıxmış “Mərkəzi Asiyada mədəni transfer” adlı kitabın (məqalələr toplusunun) təqdimat mərasimi keçirilib.

Azərbaycan Milli Elmlər Akademiyasının məlumatına görə, nəşrdə Mərkəzi Asiya regionunun arxeologiyası, tarixi, mədəni inkişafı və əlaqələrinin müxtəlif cəhətlərini əks etdirən 40-dan artıq məqalə toplanıb. Kitabın müəllifləri sırasında Fransa, İtaliya, Rusiya, Özbəkistan, Tacikistan alimləri ilə yanaşı, azərbaycanlı şərqşünas-tarixçilər də var.

Mərasimdə kitabın redaktorlarından biri, Şərqşünaslıq İnstitutunun elmi işlər üzrə direktor müavini, AMEA-nın müxbir üzvü Şahin Mustafayev məruzə ilə çıxış edib.

Alim kitabın hazırlanıb nəşr edilməsi ilə əlaqədar elmi layihənin tərtibi və həyata keçirilməsi, bu problemlərin öyrənilməsində Orta Asiya və Azərbaycan alimlərinin rolu barədə danışıb.

Sonra mövzu ətrafında geniş elmi müzakirələr aparılıb.