Azərbaycanlı yazıçının Türkiyədə yeni kitabı nəşr olunub

56 Baxış

Əzimə Ağalarova Yıpranmış hayaller peşindeYazıçı Əzimə Ağalarovanın “Yıpranmış hayaller peşinde” kitabı Türkiyədə nəşr olunub. Kitab İstanbul- Azərbaycan Mədəniyyət Dərnəyində çap edilib. Əsər araşdırmaçı-yazar Mətin Yıldırım tərəfindən tərcümə olunub. “Kitab 80-ci illərdə Azərbaycan-Türkiyəyə münasibətlərini əks etdirməsi baxımından dəyərli kitabdır.”-deyə İstanbul- Azərbaycan Mədəniyyət dərnəyinin rəhbəri Hikmət Elp bildirib. Oktyabr ayında İstanbulda kitabın təqdimatının keçirilməsi nəzərdə tutulur.

Qeyd edək ki, Əzimə Ağalarova həmçinin “Gecələrdə gizli qaldım”, “Bakıdan Qahirəyə və Stokholma uzanan yol” və “Təyyarə qanadında uçan ruh” romanlarının da müəllifidir. “Bakıdan Qahirəyə və Stokholma uzanan yol” əsəri keçən il İsveçin paytaxtı Stokholmda “A long trip from Baku to Cairo” adı altında nəşr edilib və Avropanın 5 ölkəsində online satışa çıxarılıb.