Azad Qaradərəlinin “Kuma-Manıç çökəkliyi” romanının təqdimatı olacaq

26 Baxış

kuma manıçFevralın 7-də yazıçı Azad Qaradərəlinin “Kuma-Manıç çökəkliyi” romanının təqdimatı olacaq. Təqdimat mərasimi “Kitabevim.az” kitab mağazasında saat 15:00-dan  17:00-dək keçiriləcək.

Qeyd edək ki, yazıçı Azad Qaradərəlinin “Kuma-Manıç çökəkliyi” romanı “XAN” nəşriyyatında çapdan çıxıb.  Bu əsər müəllifin kitab halında nəşr olunan üçüncü romanıdır. Bundan əvvəl “Qanun”  nəşriyyatında işıq üzü görən “Burda yer fırlanmırdı” kitabında onun ilk  iri həcmli əsəri  olan “Günəş tutulan yerdə”  və yenə həmin nəşriyyatda ayrıca kitab şəklində “Şəhərcik” romanları çap olunmuşdur. “Kuma-Manıç çökəkliyi” ilə əvvəlki iki  roman arasında müəyyən məzmun və  süjet “qohumluğu” olsa da, bu yeni əsər hadisələrə nüfuz  etmək, klassik romançılıqla modern roman məktəbinin sintezini verə bilmək baxımından daha maraqlıdır. “İtirilmiş nəsil” olan 80-90-cı illər gəncliyinin taleyindən və həm də itkin torpaqlarımızdan bəhs edən romanda hadisələr Qarabağ müharibəsinin fonunda cərəyan etsə də, döyüş səhnələri  yox kimidir. Simvolik Lalar kəndi kimi bu döyüş səhnələrinin yoxluğu da əslində bir çox yoxluqlardan bizi hali edir. Yox ola-ola hara getdiyimizi anlatmağa çalışır…

Kitabda ön sözün müəllifi Qismət, redaktoru Sevinc Elsevər, rəssamı sürəyya Muğanlıdır.