“Azadlıq aşiqləri günü – 20 Yanvar” adlı sərgi açılacaq

7 Baxış

14845744932904034222_1000x669

Yanvarın 19-da Bakı Xətai Sənət Mərkəzində 20 Yanvar faciəsi qurbanlarının xatirəsinə həsr olunmuş “Azadlıq aşiqləri günü- 20 Yanvar” adlı uşaq rəsm sərgisi açılacaq.

Senet.az xəbər verir ki, sərgi Mədəniyyət və Turizm Nazirliyi, Dövlət Rəsm Qalereyası, Tofiq İsmayılov adına Uşaq-Gənclər Yaradıcılıq Sarayının birgə təşkilatçılığı ilə gerçəkləşəcək.

Sərgi Azərbaycan Respublikası Prezidenti Administrasiyası rəhbərinin Sərəncamı ilə təsdiq edilmiş “20 Yanvar faciəsinin iyirmi yeddinci ildönümünün keçirilməsi ilə bağlı tədbirlər planı”na uyğun olaraq açılacaq.

Tədbir çərçivəsində faciə zamanı ölkəmizin azadlığı uğrunda canından keçən şəhidlərimizin xatirəsi anılacaq, onların keçdiyi ömür və qəhrəmanlıq yolunu əks etdirən sənət əsərləri nümayiş olunacaq.

Sərgi üç gün ziyarətçilər üçün açıq olacaq.

Bölmə : Sənət xəbər
KÖŞƏ YAZARLARI
TOP 10