“Azğın” gün işığında – TƏQDİMAT

13 Baxış

1 (2)

14 dekabrda yazıçı-şair Cəlil Cavanşirin “Azğın” kitabının təqdimat mərasimi keçirilib. Kitabevim.az mağazasında baş tutan təqdimat mərasimində oxucularla yanaşı, ölkənin ədəbiyyat adamları, incəsənət nümayəndələri və jurnalistlər iştirak edib.

Kitabın naşiri Müşfiq XAN çıxış edərək “Azğın” romanının bədii keyfiyyətlərindən söz açıb, əsərin müasir yerli ədəbiyyatda hadisə olduğunu vurğulayıb. Qonaqlardan Cavidan Novruz, aktyor Elməddin Cəfərov, jurnalist Ceyhun Musaoğlu söz alaraq təbriklərini bölüşüblər.

Çıxışlardan sonra müəllif oxucular üçün yeni kitabını imzalayıb.

Qeyd edək ki, Cəlil Cavanşirin sayca 3-cü romanı, ümumilikdə 10-cu kitabı olan “Azğın” romanı “XAN” nəşriyyatının “Çağdaş ədəbiyyat” silsiləsində nəşr olunub. Müəllifdən aldığımız məlumata görə, üzərində dörd il işlədiyi bu əsər müasir ədəbi tendensiyalara uyğun tərzdə yazılıb, postmodernist çalarlarla zəngindir.

Təqdimatda iştirak edə bilməyən oxucular “Azğın” kitabını Kitabevim.az mağazasından əldə edə bilərlər.

ELEKTRON KİTABXANA
ustadejurnalyukle
USTAD / E-versiya
ustadejurnalyukle
KÖŞƏ YAZARLARI
TOP 10