Aziz Nesin filminə hücum edilib

38 Baxış

aziz nesin1993-cü ildə Türkiyənin Sivas şəhərində Madımak otelində bir qrup ziyalıya hücum edilmişdi. Aziz Nesinin din əlehinə yazdığı yazılara görə hazırlanan hücum, otelin yandırılması və bir neçə adamın öldürülməsi ilə yekunlaşmışdı.

Tarixə Sivas qətliamı kimi düşən bu hadisə haqqında “Madıma-Karinanın Gündəliyi” haqqında film çəkilir. Ancaq film çəkilişləri də hücuma məruz qalb. Filmin rejissoru Ulaş Bahadır Türkiyə mətbuatına açıqlamasında çəkiliş meydançasına qaz bombası atıldığını deyib: “Çəkiliş vaxt ətrafdakı polislərdən biri burada neynədiyimizi soruşdu. Biz də Madımak haqqında film çəkdiyimizi dedik. Bu söhbətdən 15 dəqiqə sonra çəkiliş meydançasına qaz bobması atıldı. Bilsəydik, polisə bu haqda məlumat verməzdik”.

 

Qeyd edək ki, filmin senarisi Sivas qətliamı zamnı Madımak oteldə olan 22 yaşlı hollandiyalı tələbə Karina Kuannanın gündəlikləri əsasında yazılıb.

Bölmə : Sənət xəbər
KÖŞƏ YAZARLARI
TOP 10