“Bədbəxtlik” tamaşası Pantomima Teatrında

7 Baxış

1498134840130218418_1000x669

Azərbaycan Dövlət Pantomima Teatrının yaradıcı kollektivi növbəti yeni tamaşasını təqdim etməyə hazırlaşır. Belə ki, sənət ocağı bu dəfə Anton Pavloviç Çexovun “Bədbəxtlik” əsəri əsasında hazırlanmış eyniadlı səhnə əsəri ilə teatrsevərlərin görüşünə gələcək.

Teatrdan Senet.az-a bildirilib ki, premyerası iyunun 24-də gerçəkləşəcək səhnə əsərində teatrın bütün yaradıcı kollektivi iştirak edəcək.

Tamaşanın iyunun 25-də də nümayişi nəzərdə tutulur.

KÖŞƏ YAZARLARI
TOP 10