Bənizin zatən günəşdir, adı Şərq ol

109 Baxış

xetai2

Xətai Abbasov:

 

Ey yağış damlası…
Sən göz yaşım ol,
Gözümdən süzülüb üzümə yol aç.
Ey yağış damlası…
Sən sirdaşım ol,
Sözümdən süzülüb qəlbimə yol aç.
O yolla
Uca zirvələri fəth eyləyim mən.
O yolla
Yetim sevgiləri mədh eyləyim mən.
Yağ yağış..
Səndən ilham alım,
Şirin xəyala dalım,
Mürgüləyən dünyaya
Pıçıltımla səs salım.
Yağ yağış,..
Coşum, çağlayım,
Sənlə baş-başa verib
hönkürtüylə ağlayım..
Ey yağış damlası,
Süzül pəncərəmdən göz yaşı kimi..
Ey yağış damlası,
Çırpın pəncərəmə qəm daşı kimi..
Yağ yağış,
dayanma
Göylər dilə gəslin, bulud ağlasın,
Dayanma, şiddətin
Çırpınan ürəkləri dağlasın..
Yağ yağış..
Səsindən dilə gəlsin susmuş tar, kaman,
səsindən feyziyab olub
dursun vaxt-zaman..
Yağ yağış..
Sən yağdıqca mən sevgidən yazacam,
Yetim sevgilərə qəbir qazacam.
Baş daşlarına rəsm çəkəcəm,
Məzarlar üstünə güllər əkəcəm.
Sən də suvararsan həmin gülləri,
Yuyub apararsan ötən illəri….

 

***

 

Yat, o şirin röyalərə qərq ol,
çırpın o röya dənizində.
Bənizin zatən günəşdir, adı Şərq ol,
bu yetim sevgini əks etdir o məsum bənizində…
Mən də külək, meh olum,
oxşayım küləyimlə qapqarə tellərini.
sübh çağı gül üstə düzülən şeh olum,
sən qopardarkən o gulu isladım əllərini
toxunum əllərinə
o gülün ətri çöksün tellərinə….

 

***

 

Gözəlim, gözlərinə vurulmuşam, neynim bəs?!
Vurulub, gözlərində yox olmuşam, neynim bəs?!

Gözlərin ovsunlayıb, salıb məni toruna,
Təslim olub, taleyimlə barışmışam, neynim bəs?!

Bir ötəri baxışınla qəlbə necə hökm etdin?!
Hələ də anlamıram, mat qalmışam, neynim bəs?!

Gözlərim gözlərinin yollarını gözləyir,
Kipriyimlə gözlərinçün yol salmışam, neynim bəs?!

Xətaiyəm, o yorğun gözlərin vurğunuyam,
Çün o gözləri baxışımla yormuşam, neynim bəs?!

 

 

 

 

 

Bölmə : Poeziya
KÖŞƏ YAZARLARI
TOP 10