Bəstəkar Vasif Adıgözəlova həsr olunan musiqi festivalı keçiriləcək

50 Baxış

vasifOktyabrın 26-dan 31-dək görkəmli bəstəkar, Xalq Artisti, Dövlət mükafatı laureatı Vasif Adıgözəlovun anadan olmasının 80 illiyinə həsr olunmuş musiqi festivalı keçiriləcək.

Senet.az xəbər verir ki, festival “Vasif Adıgözəlovun 80 illik yubileyinin keçirilməsi haqqında” Azərbaycan Prezidentinin müvafiq Sərəncamına uyğun olaraq təşkil edilir.

Festival çərçivəsində oktyabrın 26-da Azərbaycan Bəstəkarlar İttifaqında “Vasif Adıgözəlov-80” mövzusunda elmi konfrans və kamera konserti, 27-də Azərbaycan Milli Konservatoriyasında “Vasif Adıgözəlovun yaradıcılıq irsi” mövzusunda tədbir və konserti, 28-də Beynəlxalq Muğam Mərkəzində “Vasif Adıgözəlovun mahnı çələngi” adlı konserti, 29-da Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında “Vasif Adıgözəlova ithaf” konserti, oktyabrın 30-da isə Müslim Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında yubiley gecəsi təşkil olunacaq.

Oktyabrın 31-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Vasif Adıgözəlovun “Natəvan” üçhissəli operası nümayiş olunacaq.

 

Bölmə : Sənət xəbər
KÖŞƏ YAZARLARI
TOP 10