Bəziləri üçün peyğəmbər, bəziləri üçün isə cinayətkar

150 Baxış

mensonSenet.az “XAN” nəşriyyatında işıq üzü görmüş Teymur Fərzi və Nəbi Hacıyevin həmmüəllif olduqları “Silsilə qətllər törədən qatillər” kitabından bir hissəni təqdim edir:

 

 

Çarlz Millz Menson

 

“Mənə yuxarıdan baxsanız bir axmaq görərsiniz. Mənə aşağıdan baxsanız tanrınızı görərsiniz. Mənə tam qarşımdan baxsanız özünüzü görərsiniz.”

“Mən heç kimi öldürmədim, heç kimi öldürtmədim, bıçaqlarnan üzərinizə gələn uşaqlar, onlar sizin uşaqlarınızdır, onlara mən öyrətmədim. Siz öyrətdiniz.”

“Ay da bu nə idi, həqiqətən göylərdə uçuram.” (Menson ailəsinin üzvü Syuzan Atkins Şeron Teytin əllərinə bulaşan qanını yaladıqdan sonra bu sözü demişdir)

 

 

Doğum tarixi: 12 noyabr 1934-cü il

Cəza üsulu: ömürlük həbs

Qurbanların sayı: 35 (dəqiq bilinmir)

Cinayətlərin tarixi: 1969-cu il

Ölkə (ərazi): Amerika Birləşmiş Ştatları

 

Mennson psixopat manyaklar arasında  xüsusi yer tutur. Ona şöhrət qazandıran 1960-cı illərdə ən çox yadda qalan Teyt La Bianka cinayətləri olmuşdur. Əslində bu cinayət başqaları tərəfindən törədilmişdir. Menson sadəcə cadugərliklə məşğul olan ağıllı bir saxtakar idi. Lakin o, özünü İsa Məsih adlandırırdı.

Menson əxlaqsız bir ananın ögey oğlu idi. Özünün dediyinə görə anası bir dəfə onu bir bakal pivə ilə dəyişdirməyə çalışmışdı. Mensonun yalnız, kötək və istismarla dolu olan bir uşaqlığı olmuşdu. Gəncliyi də  həbslər və həbsdən qaçışlarla keçmişdi. Menson özü haqqında deyirdi: “Mən həbs olunmadan nəyi isə oğurlamağı bacara bilməyən axmaq bir oğrudan başqa  bir şey ola bilmədim.” 18 yaşında olarkən həbsxanada olan yoldaşlarından birini bıçaqla hədələdiyinə görə federal cəzaçəkmə müəssisəsinə göndərilir. 1954-cü ildə şərti olaraq həbsdən çıxarılmasından sonrakı 13 ili saxta çek verməkdən qadın alverinə qədər müxtəlif qanunsuz işlərə görə ayrı-ayrı həbsxanalarda ömrünü keçirmişdir. 1967-ci ildə yenidən azadlığa buraxılanda xalq buna etirazını bildirir. Lakin buna baxmayaraq, 33 yaşındakı Menson həyatının böyük bir hissəsini dəmir barmaqlıqlar arxasında keçirmişdi.

“Sevgi yayı” deyə xatırlanan dövrdə, alternativ mədəniyyətin çoşqun nöqtəsinə çatdığı günlərdə azad edildi. San Fransiskonun Heyt Eşberi bölgəsində (hippiliyin vətəni) Menson narkotiki, azad seks və dövrün cadusunu kəşf etmişdi. Çox keçmədən məsum görünüşü, avaralardan və zərərçəkənlərdən ibarət olan bir “ailəni” ətrafına toplamasına kömək etmişdi.

Los Ancelesin xaricindəki tozlu bir fermada müridləri ilə birlikdə yaşayan Menson, qismən digər bütün təsirlərlə birgə, bu günə qədər yazılmış ən savadlı və yumoristik rok-n-rol albomlarından biri olan Bitlzın “Ağ albom”undan ilhamlanaraq çox qəribə bir qiyamət nəzəriyyəsi inkişaf etdirmişdir. Xüsusilə “Helter Skelter (qarmaqarışıqlıq mənasını verir)” adlı mahnının (Bir lunaparkda uşaqların bir alətə minmələrin göstərən mahnıdır.) qaraların qiyamı qaldırıb bütün ağları öldürəcəkləri, yalnızca Menson və onun azsaylı seçilmiş müridinin qalacağını (çünki Menson və tərəfdarları dünyanın hakimi olmaq fikrində idilər) bir irq savaşının xəbərçisi olaraq şərh etmişdir. Menson savaşı başlatmaq üçün bəzi tanınmış ağdərililərin cinayətin qara inqilabçıların boynuna qoyulması üçün müridlərini vəhşi bir vəzifəyə göndərdi. 9 Avqust 1969-cu ildə Mensonun “ailəsindən” 5 nəfər, rejissor Roman Polanskinin evinə girib hamilə arvadı, aktrisa Şeron Teyt ilə birlikdə 4 adamı vəhşicəsinə öldürdü. Hadisə yerindən çıxmadan öncə qurbanlarının qanlarıyla divara təhrikedici yazılar yazdılar. Ertəsi gecə Menson “sürünənləri”nə şəxsən liderlik etdi və La Bianka soyadlı bir cütlüyü eyni şəkildə öldürüb parçaladılar.

silsileCinayətlər Los Ancels bölgəsində çaxnaşma yaratdı və bütün xalqı şok dalğaları bürüdü. Menson ən sonda, hadisələrlə heç əlaqəsi olmayan bir cinayətdən ötəri həbsə düşən qadın tərəfdarlarından birinin öz hücrə dostuna törətdikləri cinayətləri öyünərək izah etməsi nəticəsində həbs olundu.

Menson 1970-ci ildəki məhkəmə prosesini bir sirkə çevirir. Ancaq hakimlər heyəti heç də heyrətlənmir. Həbs olunduqdan sonra məhkəməyə alınına böyük bir “x” işarəsi qazıyaraq çıxmışdır. Özü və 4 tərəfdarı qaz otağına məhkum edilsə də, Kaliforniya Ali Məhkəməsi edam cəzasını ləğv etdikdən sonra, cəzaları ömür boyu həbsə çevrildi.

Menson bərbad bir uşaqlıq keçirmişdir. Əmisi onu yubka ilə məktəbə yollayar və “Bir gün sən də kişi olub döyüşməyi öyrənəcəksən” deyərmiş. Hələ 9 yaşında olanda oğurluğa başlamışdır. Uzun müddət həbsə girib çıxmış, heç bir hadisəsi olmayan bir sərsəri idi. Hippilərin mühitlərinə girib gitara çalmağa başlamışdır. Oradakı uşaqları ətrafına toplayaraq öz “ailəsini” yaratmağa başlamışdır.

Şeron Teyt cinayəti ailədən olan Syuzan Atkins adlı qızın etirafı ilə işıqlanmışdır. Qısa müddət sonra da Menson həbs olunmuşdur.

Bu qədər məşhurlaşmasının səbəbi qurbanlarının seçimində idi. Eyni zamanda digər silsilə qətllər törədən qatillərdən fərqli olaraq bir inanc yaratmışdır. “Helter Skelter” adlı axmaqlıq və saxtakarlıq ssenarisi ilə insanları aldatmışdır. Bu ssenariyə görə qaradərililər qiyam qaldıracaq və bütün ağları öldürəcəkdilər. Bu xaosdan yalnız “Menson ailəsi” xilas olacaqdı.

Hələ də dustaq olduğu həbsxanaya dünyanın hər yerindən xüsusilə gənclər tərəfindən minlərlə məktub gəlir.

Jurnalistlərdən birinin “Sənə heyran olan böyük bir kütlə var, həbsdən çıxmanızı həyəcanla gözləyirlər” şərhinə, “Burada yeməklər möcüzədir, eyni zamanda kitabım və gələn məktublarımla məşğul oluram. Həyacanlanmasınlar. Amerika ilk dəfə mənə yaxşılıq edir” şəklində cavab vermişdir.

Menson həbsxanada olsa da, onun peyğəmbər olduğuna inanan bir çox insan var. Eyni zamanda Mensona inanan və özünü onun “ailəsinin” üzvü hesab edən incəsənət xadimləri fürsət tapdıqca əyinlərində Mensonun şəkillər olan fotoşəkillərlə gəzirlər.

Bölmə : Araşdırma
KÖŞƏ YAZARLARI
TOP 10