Babək və Hürrəmilər olduğu kimi

36 Baxış

24 may tarixində Kitabevim.az kitab marketində Ceyhun Bayramlının “Təhrif edilmiş tarix: heqiqetbabekhurremimuzakireceyhunkitabevim-1” kitabının müzakirəsi baş tutub.

Oxucuklubu.az-ın verdiyi məlumata görə müzakirəyə Oğuz Müstəqil Araşdırmacılar qrupunun həmtəsisçisi, “Təhrif edilmiş tarix: Babək və Hürrəmilər olduğu kimi” kitabının müəllifi Ceyhun Bayramlı, Oğuz Müstəqil Araşdırmacılar qrupunun rəhbəri, filologiya üzrə fəlsəfə doktoru, adı çəkilən kitabın redaktoru  Vüqar Zifəroğlu, Hədəf Kurslarının baş direktoru, AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktor müavini, filologiya üzrə fəlsəfə doktoru Şamil Sadiqov, Hədəf Kurslarının tarix müəllimləri Məzahim Mustafazadə və Kənan Quliyev, “Xalq” qəzetinin baş redaktoru Anar Turan  və bir sıra ziyalı gənclər qatılıb.

Hədəf Oxucu Klubunun məqsədi oxucu klubunun üzvləri tərəfindən açıqlanıb və bildirilib ki,Hədəf Oxucu Klubunun hədəfi gəncliyin kitaba olan marağını artırmaq, onların dünya görüşünü genişləndirmək və mütailə vərdişlərinin yaranmasına yardım etməkdən ibarətdir.

Bundan  sonra müzakirənin aparıcısı Odər Sərdar və müzakirə iştirakçıları müəllifə suallarını ünvanlayıb. Müzakirədə “Babək və İslam”, “Babək və Hürrəmilik”, “Hürrəmilik və İslamda qadına münasibət” mövzuları müzakirə edilib. Müzakirə maraqlı fikir mübadilələri ilə yadda qalıb.

Müzakirənin sonunda növbəti müzakirə ediləcək kitabın adı açıqlanıb, bələ ki AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktor müavini, filologiya üzrə fəlsəfə doktoru Şamil Sadiqovun müəllifi olduğu “Odərlər” romanı seçilib.

Səma Fuadqızı

Bölmə : OxucuKlubu
KÖŞƏ YAZARLARI
TOP 10