Baba Müslüm Maqomayevin 130 illiyinə həsr olunmuş konfrans keçiriləcək

78 Baxış

babamuslum

Azərbaycan Bəstəkarlar İttifaqında əməkdar incəsənət xadimi, bəstəkar, dirijor, pedaqoq, folklorşünas, ictimai xadim Müslüm Maqomayevin anadan olmasının 130 illiyinə həsr olunmuş elmi konfrans keçiriləcək. Bəstəkarlar İttifaqının mətbuat xidmətindən Senet.az-a verilən məlumata görə, bir sıra mədəniyyət və incəsənət xadimləri ilə yanaşı, sənətşünasların da qatılacağı konfransın sentyabr ayında keçirilməsi planlaşdırılır. Konfransda bəstəkarın yaradıcılığı və musiqi nəzəriyyəsinin elmi çalarları çərçivəsində məruzələr dinləniləcək. Daha sonra sənətkarın xatirəsinə həsr olunmuş klassik musiqi əsərlərindən ibarət gənc ifaçıların təqdimatında kamera konserti təşkil olunacaq.

Xatırladaq ki, dünya şöhrətli opera və estrada müğənnisi Müslüm Maqomayevin babası olan bəstəkar, həm də Azərbaycan peşəkar musiqili teatrının banilərindən biri olub.

Qeyd edək ki, Müslüm Maqomayev 1937-ci il iyulun 28-də vəfat edib.

Bölmə : Konfrans
KÖŞƏ YAZARLARI
TOP 10