Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasına hazırlıqlar başa çatmaq üzrədir

47 Baxış

yarmarkaBu il dördüncüsü keçiriləcək Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasına hazırlıqlar başa çatmaq üzrədir.

Bu barədə Senet.az-a Mədəniyyət və Turizm Nazirliyindən məlumat verilib. Məlumatda deyilir ki, sərginin iştirakçısı olan xarici qurumların nümayəndələri də artıq Bakıya gəlməkdədirlər. Sərgi haqqında son məlumatları ictimaiyyətin diqqətinə çatdırmaq üçün 16 sentyabr tarixində saat 11:45-də tədbirin keçiriləcəyi Bakı İdman Sarayında mətbuat konfransı təşkil olunacaq.
Rəsmi şəxslərin, ziyalıların, fəxri qonaqların qatılacağı Sərgi-Yarmarkanın açılış mərasimi isə sentyabrın 16-da, saat 15:30-da olacaq. Sərgi sentyabrın 18-ə kimi ziyarətçilərin ixtiyarında olacaqdır.

Bölmə : Sənət xəbər
KÖŞƏ YAZARLARI
TOP 10